• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Payız-qış mövsümünün mini şort dəbi - Fotolar

Payız-qış mövsümünün mini şort dəbi - Fotolar

Şortları artıq yayda deyil, qışda da geyinmək dəbdədir!

Qışda şort geyinmək qəribə səslənsə də, qış mövsümünün qaydalarına düzgün riayət edərək geyinmək heç də çətin deyil! Üstəlik, qışa uyğun parçalardan tikilmiş şortlar hər mövsüm mağazalarda öz yerini alır.

Qalın, yun və dəri materialdan hazırlanan şortlar mövsümün ən iddialı modelləridir. Qalın, dəri, yun, zərxara və başqa parçalardan tikilən qışlıq şort modelləri neçə ildir ki, qadınların böyük marağına səbəb olur. Bu maraq da boşuna deyil: boz şort, qara, qalın köynək, üstəgəl qalın corablarla kombinasiya edildiyi zaman həqiqətən də çox xoş stil yaranır.

Tabloid.az qış mövsümündə şort geyinməyin yollarını izah edir:

Opak corab geyin: Düz, naxışlı corablar və ya rəngli yun corablar bu stilin tamamlayıcısıdır. Şortları qalın opak corablarla geyinərək onları asan və zəhmətsiz şəkildə qış stilinə nail ola bilərsiniz. Xüsusilə cins şortları bu yolla dörd mövsüm rahatlıqla geyinmək olar. Çox soyuq olmayan günlərdə nazik corablar da xilaskarınız ola bilər. Tünd rəngli corablar soyuq aylarda şort geymək üçün ən idealıdır, ancaq bir az daha cəsarətli seçim etmək istəyirsinizsə, naxışlı corabların cazibəsindən də faydalana bilərsiniz. Opak corabları uzunboğaz çəkmələr də müşayiət edərsə, şortlar əyində daha ecazkar görünür.

Tivid şortlar geyinin: Tivid parça həm isti saxlayır, həm də çox qəşəng görünür. Tivid şort da xüsusilə ofis incəliyiniz üçün ideal seçim ola bilər. Ofis üçün tivid pencək-şort dəstlərinə daha çox üstünlük verin.

Dəri şort geyinin: Dəri artıq yay-qış geyinən bir trend halını alıb. Qısa dəri şortlar qış mövsümdə olduqca trend olan geyimdir. Bu səbəbdən dəri şortları bu qış mütləq qiymətləndirərdiniz. Qara dəri şortı qara rəngdə nazik və ya opak corablarla tamamlayaraq möhtəşəm stil sahibi olmaq elə də çətin deyil.

Bleyzer ilə geyinin: Şortun verdiyi idman tərzini yumşaltmaq üçün onu bleyzerlə uyğunlaşdırın. Xüsusən uzun pencəklər ilə şortlar çox ecazkar görünür. Bleyzerin altına köynək, ya da şifon koftalardan geyinərək daha qadın sayaq görüntü yaxalaya bilərsiniz. Yenə opak corablarla geyinəcəyiniz şortları dikdaban ayaqqabı və ya stilettolarla tamamlaya bilərsiniz.

Cins şortu yaylıq olduğu üçün qaldırmayın: Cins şortu payız və qış mövsümünün stil qaydalarına əməl edərək geyinin. Bunun üçün opak corabdan başqa, uzun palto və plaşlarla geyinə bilərsiniz.

Çox risk etməmək üçün qara+qara qanununa əməl edin: Unutmayın tək rəng geyinmək (xüsusilə qara) qüsurların gizlənməsinə kömək edər, daha incə və səliqəli siluet əldə etməyinizi təmin edir. Bu səbəbdən qara şort, qara corab və qara ayaqqabı qaydasını daim rahatlıqla öz üzərinizdə tətbiq edə bilərsiniz.

2014-cü ilin moda trendləri arasında ən çox bəhs edilən modellərdən biri damalı şortlardır.

Yırtıq və dəlikli cins şortlar da müxtəlif model köynəklərlə də kombinasiya edilə bilər.

Soyuq hava şəraiti nəzərə alınaraq hazırlanan bu şortlar bol kəsim köynəklərlə və uzun çəkmələrlə geyinilməlidir.

Naxışlı qışlıq şortikləri bir-biri ilə eyni tonda tək rəng köynək və corablarla tamamlamaq olar.

Cibli, zəncir detalları ilə işlənmiş, yüksək bel şortlar keçən ilki kimi bu il də olduqca aktualdır.

Bu gözəl şortları geyimə uyğun çəkmələr, hündürdaban ayaqqabılar və uqqilərlə tamamlasanız, çox gözəl görünəcəsksiniz.

Payız və qış aylarında da şortdan ayrıla bilməyən qadınlar üçün müxtəlif modellər seçmişik.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR