Nisə Qasımovanı ağlatdılar - Fotolar
Bizi izləyin

Tabloid.az

Nisə Qasımovanı ağlatdılar - Fotolar

ATV-də yayımlanan “Günüzü” verilişində şok anlar yaşanıb. Daha dəqiq desək, verilişdə qonaq olan xalq artisti Nisə Qasımovaya şok anlar yaşadıblar.

ATV-də yayımlanan “Günüzü” verilişində şok anlar yaşanıb. Daha dəqiq desək, verilişdə qonaq olan xalq artisti Nisə Qasımovaya şok anlar yaşadıblar. Müğənni isə yaşananlardan göz yaşlarını gizlədə bilməyərək canlı yayımda hönkür-hönkür ağlayıb.

Tabloid.az xəbər verir ki, veriliş boyu keçmişdə qarşılaşdığı haqsızlıqlardan söz açan İlqar Mikayıloğlu Nisə Qasımovanı sorğu-sual edib. O, isə cavabında hələ sovetlər dövründə dövlət televiziyasında konsert proqramına çəkildiyini, lakin onun efirə getmədiyini söyləyib: “Mahnımın kəsilməyinə elə də pis olmamışdım. Sadəcə mahnının əvvəlində atamın sevdiyi qəzəli söyləyib ardınca “Anadır arzulara hər zaman Qarabağa” mahnısını ifa etmişdim. Atam rəhmətə getdiyindən oturub televizor qarşısında anamla növbəmi gözləyirdim. Yalçın Rzayev oxuyan kimi dedim ki, indi məni göstərəcəklər. Birdən çilçırağı göstərdilər və mənim çıxışımı vermədilər. Ana-bala xeyli ağladıq”.

Söhbət zamanı məlum olub ki, həmin dövrdə Nisə Qasımovanın çıxışını kəsən dövlət televiziyasında musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışan Rafiq Cəbiyev imiş.

Qonaqlar Rafiq Cəbiyevdən danışarkən onun kifayət qədər intellektual, zəhmli, aristokrat, Mərkəzi Komitə və Nazirlər Sovetində qohumları olan bir şəxs olduğunu da söyləyiblər.

Verilişin digər aparıcısı Zülfiyyə Bayramova isə ötən il Rafiq Cəbiyev ilə görüşdüyünü və ona müğənnilərdən kimi görmək istərdin sualını ünvanlayarkən, Nisə Qasımovanın adını çəkdiyini deyib: “Niyə Nisə Qasimova? O qədər müğənnilər olub. Niyə məhz o?” sualına cavab olaraq o, “Halallıq almaq üçün onu görmək istəyirəm” cavabını verib.

Olanlardan Nisə xanım göz yaşlarını gizlədə bilməyib.

Lakin verilişdə baş verənlər bununla yekunlaşmayıb. Rafiq Cəbiyev canlı yayımda studiyaya daxil olarkən Nisə xanım hönkürtüsünü saxlaya bilməyib. O, Cəbiyevi qucaqlayaraq: “Halal olsun. Mən sənə halallıq verirəm. Bilirəm sənin heç bir günahın olmayıb. Sən mərd insan olmusan. Sənə verilən tapşırığı yerinə yetirmisən. Mən səni əvvəlki kimi çox istəyirəm” sözlərini deyib.

Veriliş boyu o da məlum olub ki, Rafiq Cəbiyev son 1 ildir yaddaş zəifliyindən əziyyət çəkir və övladları onu tərk edərək xaricə köçüblər, atalarını isə qocalar evinə yerləşdiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm