Aygün Kazımova Türkiyə turnesinə hazırlaşır
Bizi izləyin

Tabloid.az

Aygün Kazımova Türkiyə turnesinə hazırlaşır

Azərbaycanın xalq artisti Aygün Kazımova Türkiyədə yeni mahnısını təqdim etdikdən sonra turneyə start verəcək.

Azərbaycanın xalq artisti Aygün Kazımova Türkiyədə yeni mahnısını təqdim etdikdən sonra turneyə start verəcək. Bu haqda xəbəri Türkiyənin “Starodası” prodakşının rəhbəri Demir İsmet sosial şəbəkədə məlumat verib.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aygün Kazımova çox yaxında möhtəşəm bir layihə ilə tamaşaçıların qarşısına gələcək:

“Azərbaycanın divası Türkiyədə çıxaracağı sinql və türneyə hazırlaşır. Bu layihə hələ çox danışılacaq”.

Qeyd edək ki, Aygün Kazımova hələ ötən həftə sözləri və musiqisi Altan Çetinə aid “Arama məni” adlı mahnı üzərində çalışdığı xəbərini yaymışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm