Armudvari bədən quruluşu olan qadınlar üçün stil təklifləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Armudvari bədən quruluşu olan qadınlar üçün stil təklifləri - Fotolar

Armudvari bədən quruluşu olan qadınlar üçün stil təklifləri

Yer kürəsindəki qadınların demək olar ki, 60 faizi incə belə və dolu budlara sahibdir. Qısası armudvari adlandırılan bu bədən tipinə görə geyinmək, əslində zənn edildiyi qədər çətin deyil. Doğru geyim seçimi ilə armudvari tipli bədənə sahib olan Cennifer Lopez, Rihanna və Beyons kimi görünmək mümkündür.

Tabloid.az armudvari bədənli qadınlar üçün müxtəlif stillər hazırlayıb. Bu yazıdan armudvari bədən quruluşuna sahib olan qadınlar nə geyinməli, nələrdən uzaq durmalı? suallarına cavabları tapa biləcəklər.

Armudvari bədənli qadınlar üçün bir neçə ipucu toplamışıq:

Bol kəsimli şalvarlar

Dar cinslər və dar şalvarlar əvəzinə daha düz və bol kəsimli modellərə üstünlük verin. Bu tip şalvarlar ilə Cennifer Lopez kimi mükəmməl stil sahibi olmaq çətin deyil.

jlo Armut2

Naxışlı üst geyimlər

Bədən xətlərini gizlətmək və baxışları bədəninizin üst hissəsinə doğru çəkmək üçün naxışlı üst geyimlərinə üstünlük verə bilərsiniz. Dəbdəbəli üst geyimləri, naxışlı köynəklər və rəngli, bol qolsuz köynəklər sanki bu vəzifə üçün yaradılıb.

Tünd rənglərdən imtina etməyin

Daha incə görünmək və bədən quruluşunu saxlamaq üçün qara kimi tünd rənglərə üstünlük verməlisiniz. Unutmayın, tünd rənglər armudvari bədən quruluşuna sahib olan qadınların ən yaxın dostudur!

hilary1

Dəbdəbəli boyunbağılar

Dəbdəbəli, bol daşlı və bəzəkli boyunbağılar ilə baxışları bədəninizin üst hissəsinə çəkə və stilinizə fərqlilik gətirə bilərsiniz.

taslikolye 451

Armud vari bədən quruluşuna sahib olan qadınların qarderobunda nə olmalıdır:

Uzun köynəklər

Tünd rəng cinslər

Düz kəsim şalvarlar

Daş-qaşlı boyunbağılar

Üstü naxışlı və bəzəkli paltarlar

Sinə formasına uyğun büstqalterlər

kim armut1

Armud bədən tipinə malik olan qadınlar nələri heç vaxt geyinməməlidir?

Dar cinslər

Qısa maykalar, koftalar

Dar mini ətəklər

Bədənə yapışan paltarlar

beyonce2

Oxumağa davam et
Reklam
Reklam

Gündəm