• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ən gözəl Yeni il makiyajları - Fotolar

Ən gözəl Yeni il makiyajları - Fotolar

Yeni il gecəsi bütün diqqəti üzərinizə cəmləmək, gecənin ən gözəl qızı olmaq istəyirsiiz? Hər stillə uyğunlaşan Yeni il gecəsi makiyajları üçün məşhur və cazibədar xanımlardan ilham almağı məsləhət görürük. Tabloid.az Yeni il gecəsi üçün ən uyğun olan makiyaj stillərini təqdim edir:

Mərasim makiyajı

Yeni il gecəsi iddialı bir stil nümayiş etdirmək istəyənlər üçün Enn Heteueyin bu makiyajından ilham ala bilərlər.

Romantik makiyaj

Romantik saç modeli seçmisinizsə, Oliviya Mannın makiyaj stili sizin üçün daha uyğun olacaq. Unutmayın ki, Yeni ilin ən dəbli xanımı olmaq öz əlinizdədir.

Kölgəli gözlər

Yeni il gecəsi hamıdan fərqlənməq üçün qeyri-adi makiyaj stilinə üstünlük verə bilərsiniz. Məsələn, Kristin Stüartın iki rəngli kölgəli göz makiyajından nümunə götürə bilərsiniz.

Qırmızı dodaqlar

Qırmızı dodaq boyası seksual görünmək istəyən qadınların ən önəmli silahları hesab olunur. Siz də Yeni il gecəsi seksuallığınızı ön plana çıxarmaq istəyirsinizsə, Liv Taylerin diqqətçəkici makiyaj üslubunu təkrarlaya bilərsiniz. Xüsusilə, açıq dəri rənginə sahib olan qadınlara bu makiyaj stilini tövsiyə edirik.

Sadə makiyaj

Emi Adamsın demək olar ki, ilk baxışda heç bəlli olmayan makiyajı sadəlikdən vaz keçə bilməyənlər üçün idealdır. Xüsusilə, həmin gecə qara rəngli libas geyinməyi düşünənlər bu makiyaja üstünlük verə bilərlər.

Parıltılı və təbii makiyaj

Emili Blantın xəfif parıltılı təbii çalarların üstünlük təşkil etdiyi makiyajı sadə geyim tərzi olanlar üçün daha çox uyğundur. Bu makiyaj üçün açıq qəhvəyi və ya qızılı çalarlardakı parıltılı göz kölgələrindən istifadə edə bilərsiniz. Alt kirpiklərinizin diblərinə də parıltılı göz kölgəsindən çəkməyi unutmayın. Bir az tuş, şaftalı tonlarında olan dodaq boyası və eyni çalarlardakı ənliklə makiyajınızı tamamlaya bilərsiniz.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR