Günel eşq acısına necə dözür? - Fotolar
Bizi izləyin

Tabloid.az

Günel eşq acısına necə dözür? - Fotolar

Bu ilin iyulun 24-də Türkiyədə yaşayıb fəaliyyət göstərən müğənni Günel Zeynalova iş adamı İnanc Başəyməzlə Bakıda nişanlanmışdı.

Bu ilin iyulun 24-də Türkiyədə yaşayıb fəaliyyət göstərən müğənni Günel Zeynalova iş adamı İnanc Başəyməzlə Bakıda nişanlanmışdı. Bu ay isə müğənni toy çaldırmalı idi. Özlərindən başqa heç kəsə bəlli olmayan səbəblərdən cütlük yollarını ayırdı.

Nişanlısından ayrılan Azəri qizi Günel türk mediası kimi, yerli medianın da diqqətindədir. Ayrılıq xəbərini sevənləri ilə bölüşdükdən sonra heç bir jurnalistə açıqlama verməyən Günel görəsən ayrılığı necə yaşayır?

Əslində bunu bilmək elə də çətin olmadı. Müğənninin son 1 həftə sosial şəbəkədə paylaşımlarına baxmaq kifayət edir ki, vəziyyətin nə yerdə olduğunu bilək. Ayrılığın ilk günləri müğənni kifayət qədər cazibədar fotolarını sosial şəbəkədə paylaşaraq sanki keçmiş nişanlısına “mənim kimi gözəli bir də tapmayacaqsan” mesajını ünvanlayır. Paylaşılan şəkillər də kifayət qədər insan tərəfində bəyənilir və xoş sözlər yazılır.

Lakin sonradan müğənninin qardaşı Tunarla “Səndən insaf dilər yarın” mahnısına çəkdirdiyi klipi təqdim etməsi mahnını ayrıldığı nişanlısı üçün oxumuş kimi qəbul olundu.

Xumar gözlüm, şirin sözlüm, ağlımı başımdan almısan,

Sənsiz pərişandır könlüm, sevgilim harada qalmısan ?

Sənsiz necə gülər yarın,

Həsrətdən üzdülər yarın,

Sənsizliyə dayanmaz, demirsənmi ölər yarın?

Səndən insaf dilər yarın,

Göz yaşın kim silər yarın,

Heç olmasa kənar bax,

Gör bir nələr çəkər yarın...

Halbuki, mahnı hələ yay aylarından ifa olunub və klip çəkiləcəyi barədə xəbərlər yayılmışdır. Amma yenə də cütlüyün ayrılığı və mahnının ayrılıq kədərindən sevgilisinə xitabən oxunan sözlər dinləyiciləri təsirləndirməyi bacardı.

Lakin gənc müğənni bu ab-havanı tez bir zamanda sındırmağı bacardı. O, dostları ilə əyləndiyini, stressdən çıxmaq üçün psixoloqların belə hər kəsə məsləhət gördüyü alış-verişdən olan şəkillərini və ona olunan hədiyyələrin şəklini paylaşması ilə kədərə baş əymədiyini, həyatın davam etdiyini və “gedənə dur deməzlər” misalına əməl etdiyini nümayiş etdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm