Gözəllik eksperimentlərinin qurbanı olan qadınlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Gözəllik eksperimentlərinin qurbanı olan qadınlar - Fotolar

Təəssüf ki, Hollivudun gözəl və cazibədar ulduzları qırmızı xalı mərasimlərinə aylarla hazırlaşsalar da, həmişə rəğbətlə qarşılananlar və bəyənilən qadınların siyahısında olmurlar.

Təəssüf ki, Hollivudun gözəl və cazibədar ulduzları qırmızı xalı mərasimlərinə aylarla hazırlaşsalar da, həmişə rəğbətlə qarşılananlar və bəyənilən qadınların siyahısında olmurlar. Gözəllik eksperimentlərinin qurbanına çevrilirlər. Gözəllik, şıqlıq, cazibədarlıq naminə etdikləri eksperimentlər onların silahına deyil, onlara qarşı silaha çevrilir.

Tabloid.az bu həftə yaratdığı obrazla gülüş obyektinə çevrilən ulduzların fotolarını təqdim edir:

Kim Kardaşyanın bacılarından biri Kayli Cenner yəqin ki, bacıları kimi gündəmdə qalmağa çalışır. Amma yaşıl saçları və libası rəngində olan tünd dodaq boyası onun yaşlı göstərir.

Кайли Дженнер

Müğənni Rita Ora xarici görkəmi ilə eksperimentlər etməyi xoşlayır. Yəqin ki, o əvvəlcə təbii makiyaj etmək istəyib, sonra libasının rənginə uyğun olaraq sarı göz kölgəsindən istifadə etməyə qərar verib. Süni kirpik və çəhrayı dodaq boyası çəkməklə isə bu obrazını ən pis şəkildə tamamlayıb.

Рита Ора

Model İmocen Entoni dəri tipinə və rənginə uyğun olmayan tonal krem çəkməklə gülməli görünür.

Имоджен Энтони

Çarli XCX öz makiyajı ilə bir daha sübut edir ki, eyni zamanda həm gözləri, həm dodaqları vurğulamaq yersizdir.

Чарли ХСХ

Cessi Ceyin süni kirpikləri, qəhvəyi göz kölgəsi ilə təbii görünüş vermək istədiyi dodaq parladıcısı ziddiyyət təşkil edir. Elə bil ki, Cessi qırmızı xalıda deyil, işgüzar görüşə gedir.

Джесси Джей

Oxumağa davam et
Reklam
Reklam

Gündəm