“Keyxanım” iki illik fasilədən sonra yenidən teatra qayıtdı
Bizi izləyin

Tabloid.az

“Keyxanım” iki illik fasilədən sonra yenidən teatra qayıtdı

Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva iki illik fasilədən sonra yenidən sevimli məkanında səhnəyə çıxacaq.

Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva iki illik fasilədən sonra yenidən sevimli məkanında səhnəyə çıxacaq.

Tabloid.az saytına açıqlama verən aktrisa bildirdi ki, “Üç bacı” serialından dolayı teatrdakı fəaliyyətinə iki illik fasilə versə də, bu gün elə həmin məkanda teatrsevərlərlə görüşəcək. Aktrisa rejissor Faiq Zöhrabovun quruluş verdiyi “Talelər qovuşanda” (Rauf Hacıyev) tamaşasında Gülər obrazı ilə səhnəyə çıxacaq.

Maraqlı məqam ondan ibarətdir ki, aktrisa tamaşada məşqsiz, hazırlıqsız çıxış edəcək Belə ki, o, teatrın rəhbəri Əliqismət Lalayevə bildirib ki, tamaşaya tam hazırdır. Hətta orkestr məşqini də istəmir:

“Çox həyəcanlıyam. Bununla belə, özümə əminəm ki, çıxışım uğurlu alınacaq. İki ildən sonra məşqsiz səhnəyə çıxmağım mənim üçün də maraqlıdır. Hər zaman çalışıram ki, gördüyüm iş yüksək səviyyədə olsun”.

Aktrisa deyib ki, artıq Musiqili Teatrdakı işini tam bərpa edib: Köhnə tamaşalarda oynayan Ü.Əliyeva yeni rol təkliflərinə də açıq olduğunu vurğulayıb:

“Artıq 4 ildir ki, gərgin rejimdə işləyirəm. “Üç bacı” serialı ilə əlaqədar olaraq həftənin 7 günü çəkiliş meydançasında olurdum. Vaxt azlığından bir müddət teatrdakı işimə fasilə vermək qərarına gəldim. Deməyim odur ki, teatr rəhbərliyi ilə aramda heç bir konflikt olmamışdı, məni işdən çıxarmamışdılar. Qarşılıqlı anlaşma ilə teatr yaradıcılığıma fasilə vermişdim. Hazırda isə iş qrafikim əvvəlki kimidir. Sadəcə, indi serialın çəkilişləri başa çatıb. Bir məqamı qeyd edim ki, televiziyada veriliş aparmaq və ya serialda çəkilmək başqadır. Teatrda isə canlı ünsiyyət daha gözəldir. Kim mənim canlı ifamı görmək istəyirsə, hər həftə Musiqili Teatra gələ bilər”.

Qeyd edək ki, tamaşaçılar Ülviyyə Əliyevanı bir sıra televiziya layihələrindən tanıyır. O, “Çal-çağır” layihəsindəki “Keyxanım” obrazı isə izləyicilərin sevimlisinə çevrilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm