Hamilə qadınlar üçün pəhriz
Bizi izləyin

Tabloid.az

Hamilə qadınlar üçün pəhriz

Hamiləlikdən əvvəl və hamiləlik dövründə qidanın uşağın sağlamlığına nə qədər əhəmiyyətli tə'sir göstərdiyini anlayan bütün qələcək analar üçün pəhriz

Hamiləlikdən əvvəl və hamiləlik dövründə qidanın uşağın sağlamlığına nə qədər əhəmiyyətli tə'sir göstərdiyini anlayan bütün qələcək analar üçün pəhriz

Aşağıdakı qida maddələri döl üçün ən böyük əhəmiyyət kəsb edir: foliy turşusu, dəmir, sink və əvəzolunmaz doymamış yağlı turşuları. Bu qida maddələri zəruri miqdarda yemək ilə qəbul olunmalıdır. Hamilə və əmizdirən qadınlar düzgün qidalanmazsa, orqanizmləri bu qiymətli maddələrin qıtlığından əziyyət çəkməyə başlayacaq.

Nə yediyinizi bilmək cox vacibdir

Ana olmaq arzulayan bütün qadınlar sağlam qidalanmanın prinsipləri yaxşı bilməlidir.

Biz Sizlərə sağlam və eytiyaclarınızı tə’min edən pəhrizə dair bir neçə faydalı məsləhət verəcəyik:

Çeşidli qida. Bütün zəruri qida maddələrini özundə cəmləşdirən yeqanə məhsul təbiətdə sadəcə mövcud deyil (onların sayı hardasa 60 yaxındır). Çeşidli qida insan orqanizmini müxtəlif dəyərli qida maddələri, vitamin və mikroelementlər ilə tə’min edir.

Yalnız dənli çörək. Dənli qara çörəyin tərkibində təxminən ağ çörəkdən 3-5 artıq minerallar var. Qara çörək həmçinin vitamin və sellüloza ilə daha zəngindir.

Qidanızda olan dəmirin miqdarı iki dəfə artmalı. Hamilə qadın toyuq və ya konservləşdirmiş ətlərdən gündə iki dəfə yeməlidir (az yağlı əti istifadə etmək məsləhətdir). Hər qida qəbulunda tərəvəzlər və dəmirin mənimsəməsini yaxşılaşdıran vitamin C ilə zəngin olan meyvələrdən istfadə olunmalıdır.

Balığın istifadəsi əvəzolunmazdır – o, dəyərli proteinlərin mənbəsidir.

Çiy tərəvəzlərdən hazırlanmış salatlarda bitki yağından istifadə edin – heç olmazsa, gündə bir çay qaşığı bitki yağından istifadə edin. Onun tərkibində hamiləliyin normal keçməsi üçün zəruri olan doymamış yağlı turşular vardır.

Süd və süd məhsullarından çoxlu istfadə edin. Tərkibində kalsium, vitamin B2, B12 və dəyərli protein olduğu üçün süd və süd məhsulları həm qadın, həm körpə üçün çox faydalıdır. Yağlılığı az olan süd məhsullardan istifadə edin və çəkinizi daha asan qaydada saxlayın.

• Gündə minim 1 kilo meyvə və tərəvəzlərdən yeyin, onlar vitamin və minerallar ilə çox zəngindir.

Spirtli içkilərdən uzaq durun, tünd kofe və siqaret çəkməkdən imtina edin. Narkotiklərin istifadəsi qəti qadağandır. Onlar uçaq salma riskini artırır və dölə çox zərərli tə’sir göstərir.

Qidanın rəngarəngliyi

Qidanın rəngarəngliyi və müxtəlifliyi qida maddələrin qıtlığı riskini azaldır.

Hamiləlik dövründə vitamın və minerallara olan tələbat əhəmiyətli dərəcədə artır (50-100%). Lakin gündəlik qidanın kalori dəyəri yalnız 300 kalori miqdarında arta bilər.

Hamiləlik dövründə vitamın və minerallara olan tələbat əhəmiyətli dərəcədə artır (50-100%). Lakin gündəlik qidanın kalori dəyəri yalnız 300 kalori miqdarında arta bilər.

Qadınların çoxusu özünə fikir verir və saysız-hesabsız arıxlama pəhrizləri sınayir. Düzgün tarazlanmamış pəhrizlər onları qida maddələrin qıtlığına gətirib çıxardır.
Hamilə qadın təkçə öz qida ehtiyaclarını tə’min etməməlidir; birinci növbədə, o, bətnində inkişaf edən dölün ehtiyaclarını tə’min etməlidir. Bu səbəbdən hər bir ana olmaq arzusunda olan qadın müxtəlif təbii qida məhsullarından insifadə etməli və süni ərzaqlardan, həmçinin tünd çay, qəhvə, siqaret və başqa stimulyatorların istifadısindən qaçinmalıdır. Sizin və körpənizin sağlamlığı naminə!

Menyu

Səhər yeməyi:
südlü yulaf aşı, iki dənli bulka, iki tikə yağsız vetçina, soğan və zeytun yağı ilə salat, limonlu çay.
Nahar:
Hisə verilmiş qızılbalığı, yerkökü ilə salat, suda bişirilmiş kartof, təzə çəkilmiş qreypfrut şirəsi
Şam yeməyi:
meyvə salatı, portağal cem ilə dənli çörək, yoqurt, limonlu çay.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm