Elnarə: “Oğlum soruşdu ki, klipindəki oğlanı sevirsən?” - Fotolar? Video
Bizi izləyin

Tabloid.az

Elnarə: “Oğlum soruşdu ki, klipindəki oğlanı sevirsən?” - Fotolar? Video

İfa tərzi, fərqli imici ilə səhnədə şıltaq qız obrazını yaradan müğənni Elnarə Xəlilova yeni klipini təqdim edib.

İfa tərzi, fərqli imici ilə səhnədə şıltaq qız obrazını yaradan müğənni Elnarə Xəlilova yeni klipini təqdim edib.

Tabloid.az xəbər verir ki, “Dayan” (söz və musiqisi bəstəkar Günel Sərdarqızı) adlı duet mahnıya klipi türkiyəli rejissor Mustafa Sarıkaya çəkib.

Klipdə Elnarənin duet ortağı və tərəf müqabili “Popstar” yarışmasından tanınan Barış Kömürcüoğlu olub. Türkiyəli ifaçı özü tədbirdə iştirak edə bilməyib. Bu da təqdimatın vaxtının dəyişdirilməsi ilə əlaqədar olub. Belə ki, məhz bu gün müğənni qardaş ölkədə konsert proqramı ilə səhnəyə çıxacaq.

Təqdimat mərasimində KİV nümayəndələri ilə yanaşı, “Dayan”ın yaradıcı heyəti də iştirak edib.

Öncə qeyd edək ki, klipin çəkilişləri qədimliyi və müasirliyi özündə birləşdirən meqapolis sayılan İstanbulun müxtəlif məkanlarında aparılıb.

Çəkilişlər üç gün ərzində Rumeli Kalesi, Qalata Sarayı, İstanbulun mərkəzi küçələri, Boğaziçində və Heydər Əliyev Parkında aparılıb.

Tədbirdə müğənni klipin büdcəsi ilə bağlı danışarkən deyib ki, “Dayan” dostluq çərçivəsində yaranan bir işdir. Daha sonra vurğulayıb ki, bir sıra Türkiyə seriallarından təkliflər alıb.

Klipə gəlincə, müğənni söyləyib ki, onun yeni işlərini ilk öncə övladları izləyir:

“Yeni klipimi də ilk öncə onlara göstərdim. Qızım Burlaxatun klipə baxandan sonra məndən soruşdu ki, bunu Rövşən görüb? (Rövşən Elnarənin həyat yoldaşıdır.-red) Oğlum Tuğər isə “ana, sən o oğlanı sevirsən?”- deyə soruşdu. Mən onları başa saldım ki, klipdəki sizin ananız olsa da, aktrisa kimi çıxş edir”.

Xatırladaq ki, bu, Elnarə Xəlilovanın Türkiyədə çəkilən sayca üçüncü klipidir. Müğənninin M.Sarıkaya ilə işbirliyi isə “Centlmen” mahnısına çəkilən kliplə başlayıb.

Bəstəkar Günel Sərdarqızı ilə E.Xəlilovanın işbirliyi isə artıq üç ildir ki, davam edir. G.Sərdarqızı Elnarənin ifa etdiyi “Centleman”, “Ha-ha”, “Robot”, “Aman” mahnılarının müəllifidir.

“Dayan” yaxın günlərdə radio dalğalarında səsləndiriləcək. Klip isə televiziya kanllarında nümayiş olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm