Kişilərdə ağıl qoymayan fransız gözəlləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Kişilərdə ağıl qoymayan fransız gözəlləri - Fotolar

Onların sirrinə bələd olduqdan sonra, siz də gerçək bir fransız qadını kimi qəşəng və zərif görünə bilərsiniz.

Parisin əsas moda paytaxtlarından biri olduğunu yəqin ki, çoxunuz bilirsiniz. Fransız qadınları da sadə və zövqlü gözəllikləri ilə çox məşhurdurlar. Bunun səbəbi isə çox sadədir: Dünyanın ən nüfuzlu moda evləri məhz bu şəhərdə yetişib və yaradıblar. Təkcə Koko Şanellə, Kristian Diorun adı hər şeyi həll edir... Düşünürəm, hər kəs razılaşar ki, Paris geyim stili zərifliyi və gözəlliyi ilə göz oxşayır. Onların sirrinə bələd olduqdan sonra, siz də gerçək bir fransız qadını kimi qəşəng və zərif görünə bilərsiniz.Tabloid.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə fransız qızlarının səhvsiz üslubu haqqında əsas qaydaları və gözəllik rituallarını sizinlə bölüşəcəyəm.

Fransız gözəlləri sayəsində öyrəndiyimiz səhvsiz üslub qaydaları

Fransız gözəlləri ilk növbədə zaman xaricində olan, yəni, daimi geyimlər seçirlər. Parisli gözəllər dəb tendensiyalarını diqqətlə izləyirlər, lakin trendlərə kor-koranə və düşünmədən əməl etmirlər. Əgər siz Montmartredə, yaxud Yelisey çöllərində çox qısa və həddini aşan dekolteli paltar, yaxud dikdaban ayaqqabı geyən bir qız görsəniz, çox güman ki, o, yerli deyil. Onun turist olduğundan əmin olmaq üçün yaxınlaşıb lap soruşa da bilərsiniz. Yerli gözəllər əsasən, klassik cinslərə və əyində kip oturan bleyzerlərə üstünlük verirlər. Yaxud əbədi olan qara qısa donlar geyinirlər.

Fransız gözəlləri neytral tonları daha çox sevirlər. Fransız xanımlarının sevimli rənglərinə ağ və qara, göy və bej rənginin bütün çalarları daxildir. Birinci onları sintez etmək çox asandır, ikincisi isə neytral tonları aksessuarların köməyi ilə tanınmaz hala salaraq istənilən yerə: həm ofis stilinə, həm də parkda rahatlıqla gəzmək üçün müvafiq dəst hazırlamaq çox asandır.

Fransızlar ideal köklərinə çox sadiqdirlər. Fransa sakinləri paltarların keyfiyyətinə çox həssaslıqla yanaşırlar. Onları diqqətlə nəzərdən keçirir, materialına fikir verir və sonda bədənə oturan ən ideal modeli seçirlər. Onlar heç zaman pis tikilən köynəyi və ya kənarlarından əyri-üyrü saplar çıxan jaketi geyinməzlər və bizə də məsləhət görmürlər.

“Az həmişə daha yaxşıdır. Evdən çıxmazdan əvvəl güzgüyə baxın və aksessuarlardan birini çıxarın”. Bu sözlərin müəllifi əfsanəvi modelyer, dahi qadın Koko Şaneldir. Fransızlar bu fikrə dəqiqliklə əməl edirlər, onlar aksessuarların heç vaxt həddini aşmırlar. Bu qayda eyni ilə ətir istifadəsində, dərin dekolteli paltarlarda, dikdaban ayaqqabıların hündürlüyünə də aiddir.

Detallarda iblis diqqəti! Fransız qızlarının əməl etdiyi daha bir məqam da detallardır. Belə ki, onlar bir qayda olaraq detallara çox fikir verirlər. Onlar elə görünürlər ki, sanki çıxış üçün xüsusi olaraq hazırlıq görməyiblər. Lakin obrazları əslində çox müfəssəl, dırnaq boyasından paltarda olan qırçınlara qədər hər şey xırdalıqlarına kimi düşünülüb.

Fransızlar qarderoblarına ağıllı yatırım edirlər. Əgər onlara trend olduğu üçün sadəcə bir mövsüm geyinə biləcəkləri münasib qiymətdə olan paltarla, illərlə geyinə biləcəkləri çox bahalı paltar təklif etsələr, onlar düşünmədən ikinci variantı seçəcəklər. Fransızlar az, amma keyfiyyətindən əmin olduğu paltarlar almağa üstünlük verirlər. Romantizmi və klassikliyi təbliğ edən fransız moda evlərinin möhtəşəm modellərini məharətlə nümayiş etdirirlər.

Fransızlar özlərini qürurlu və məğrur aparırlar! Və ən əsası bir fransız üslubu: sizin əyninizdə nə olduğu vacib deyil, sizin o geyimi necə daşıdığınız daha vacibdir. Parisli xanımlar ancaq özləri üçün geyinirlər, ətrafdakıların fikirlərindən asılı deyillər və xarici görünüşü ilə heç kimi başdan çıxarmağa heç çalışmırlar. Buna baxmayaraq, özlərini şahzadə kimi hiss edirlər!

Breton xətt: Fransa dəbi dedikdə ilk ağla gələnlərdən bir də breton xətli geyimləri olur. Onu istənilən geyimlə uzlaşdırmaq olar.

Babet: Şəhərin içində hər yerə piyada getdikləri üçün fransız qadınları babeti seçirlər. Həm ətəklə, həm də şalvarla rahatlıqla geyinə bilərsiniz.

Romantik gipürlər: Fransız qadınları sadə stillərini romantik gipür detallar ilə tamamlamağı sevirlər. Ancaq bunu yenə çox sadə bir tərzdə edirlər. Bəzən sadəcə gipürlü bir saç sancağı, ya da cins şalvarların üzərinə geyilə bilən gipürlü kofta ola bilər.

Toxunma geyimlər: Sadə stillərinə təbiilik qatmaq üçün sərin mövsümlərdə toxunma paltarlara üstünlük verirlər.

Bir parça xəz: Fransız qadınları xəzin əleyhinə deyillər. Xəzi sevərlər, ancaq şişirtməkdən xoşlanmadıqları üçün kiçik detal şəklində istifadə edirlər.

Naxışlı qısa ətəklər: Düz qıçlarını sərgiləmək üçün qısa ətək geyinməyi sevərlər. Naxışlı qısa ətəklərini, ağ düz koftalar və babetlərlə tamamlayırlar.

Yaxalıqlar: Yaxalıqları çox sevirlər. Sadə bir koftanın üzərinə taxıla bilən uşaq yaxalı aksessuarlarla gözəlliklərini tamamlayarlar.

Düz şalvarlar: Gündəlik həyatda babet geyinməyi sevdiklərindən, onunla ən yaxşı kombinə edə biləcəkləri şalvar modeli düz şalvarlar olduğundan düz şalvarları seçərlər.

Koko Şanelin stil məsləhətləri

Dəb gedir, stil qalır.

Əvəzsiz olmaq üçün hər an dəyişilmək lazımdır.

Qadını tanıdan onun imzası deyil, ətridir.

Əgər hər hansı bir qadının gözəlliyi sizi valeh edibsə lakin siz onun nə geyindiyini xatırlamırsınızsa demək ki, o ideal geyinib.

Əgər qadın gözəl deyilsə, bu onun axmaqlığıdır! İyirmi yaşınızda sizin üzünüz sizə təbiət tərəfindən verilir, onun əlli yaşınızda necə olacağı sizdən asılıdır.

Lüksün və təmtərağın rahat olması lazımdır, əks halda təmtəraq deyil. Alçaq dikdaban ayaqqabılar, pencək altına geyilən qolsuz bluzlar, uzun qayışlı çantalar... Bütün bunlar qadınların rahatlığı göz önünə alınaraq hazırlanıb.

Ətir, geyim qədər əhəmiyyətlidir. Onu öpülmək istədiyiniz yerlərə sürtün.

Qadında əsas paltar deyil, xoş davranış, qərarlılıq və ciddi gündəlik rejimdir.

Ətir görünməz olsa da, unudulmaz və bənzərsiz aksessuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır.

Qadının işləri nə qədər pis gedirsə, bir o qədər gözəl görünməlidir.

Paltarın yuxarısını tikmək pyesin ilk aktını yazmaq qədər asandır. İncəsənət – onu necə bitirməyindədir.

Sevəndə hakimiyyəti hisslərimə vermişəm. Ancaq kişi və paltar arasında seçim etmək məcburiyyətində qalanda həmişə paltarı seçmişəm.

Gözəllik – silahdır! Təvazökarlıq – zəriflikdir! Zinət – elmdir!

Deyirlər ki, qadınlar digər həmcinsləri üçün geyinirlər, rəqabət hissi onlara güc gəlir. Bu düzdür. Amma dünyada kişilər olmasaydı, onlar belə etməzdilər.

Fransız gözəlləri kimi qüsursuz görünmək barədə bütün həqiqətlər

İlk növbədə fransız həyat tərzi gün ərzində 9 saat yatmağı tələb edir. 5 və ya 6 saat yatmaq düzgün deyil. Hər yeməyə (səhər yeməyi, nahar və şam yeməyi) 20 dəqiqədən az olmayaraq vaxt ayırmaq da onların əsas şərtidir. Əgər yuxu probleminiz varsa, onu aradan qaldırmağa çalışın.

Gün ərzində hərəkətdə olun. Sübut olunub ki, fiziki məşqlər yuxuya tez getməyə kömək edir. Marafon məsafəsində qaçmaq və ya saatlarla idman zalında tər tökməyə ehtiyac yoxdur. 20-30 dəqiqə cəld yeriş və ya yoqa ilə məşğul olsanız kifayət edər. Yatmazdan əvvəl məşq etməyə ehtiyac yoxdur. Çünki əks nəticə verə bilər.

Nikotin, alkoqol və kofeindən imtina edin. Bunlar bizim yatmağımıza və ya gecələr tez-tez oyanmağımıza səbəb olur. Bəzi insanlar gümrah olmaq üçün qəhvə içirlər. Lakin yaddan çıxarırlar ki, bu içkidəki kofein 12 saat öz təsirini göstərir, daha sonra isə yataqda o yan bu yana çevrilirlər.

Çalışın eyni vaxtda uzanıb eyni vaxtda qalxasınız. Bizim orqanizmimizə balans vacibdir. Hətta ilk əvvəl səhərlər yuxulu olsanız belə zamanla bədəniniz buna vərdiş edəcək.

Yataq otağını yalnız yuxu üçün istifadə edin. Maraqlı da olsa, yataq otağında televizora baxmaq və ya bank hesablarını götür-qoy etmək, internetdə kimləsə yazışmaq, həmçinin digər məşğuliyyətlər yuxuya getməyinizi əngəlləyə bilər. Çünki yeni informasiyadan tam uzaqlaşa bilmirsiniz.

Ot çayları möcüzələr yaradır. Çobanyastığı, anis və ya pişikotu çayı yuxu problemi olan xanımların ən yaxşı dostudur. Bu çaylar apteklərdə, supermarketlərdə satılır.

İşığı mümkün qədər tez söndürün! Beynimiz işığı bilirsiniz necə qəbul edir? Sanki gündüzdür və oyanmaq vaxtıdır. Bu orqanizmi yanlış yola apara bilər və yatmağa maneə yaradır.

Yatmazdan ən azı yarım saat əvvəl kompüteri və televizoru keçirin. Əks halda beyin yatmaq əvəzinə yeni informasiyanı həzm etməyə başlayacaq.

Yarım saat ərzində yata bilməsəniz ayağa qalxın. Belə halda ən yaxşısı ayağa qalxıb kitab oxumaq və ya sakitləşdirici musiqiyə qulaq asmaq məsləhətdir. Əgər yataqda fırlanaraq yatmağa can atsanız yuxunu qaçıra bilərsiniz. Şam yeməyində çalışın çox yeməyəsiniz. Yatmazdan 2 saat, ən yaxşısı isə 3 saat əvvəl yeyin. Əks halda həzmlə məşğul olan orqanizm yuxuya getməyinizə əngəl törədəcək.

Yataq otağında yatmaq üçün münasib abı-hava yaradın. Havası təmiz olan yataq otağı tam qaranlıq və sərin olmalıdır. Əgər otaqda tam qaranlıq yaratmağa imkan yoxdursa, yuxu üçün maska geyinməyə çalışın. Səs-küylü küçədə yaşayırsınızsa sərinkeşi (ventilyator) yandırın və ya təbiət səslərinin videoyazısını dinləyin (məsələn: şəlalə, çay səsi).

Ən əsası yadda saxlayın ki, pis yuxu insanı qıcıqlandırır, diqqətsizlik yaradır, stress və ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Fransız qadınlarının baxımlı olmasının sirri əllərinə sürtdükləri limondur. Limonu isti suya sıxıb əllərini bu suda saxlayırlar. Həm dərilərinin rəngi açılır, həm də dırnaqlardakı sarı görüntü yox olur. Fransız qadınları hətta manikürlərini də özləri edir.

Nə etmək lazımdır?

Az yemək, çoxlu balıq yemək, çox su içmək, çox gəzmək, təmiz havada çox olmaq, çox yatmaq, çox gülmək, beli incə saxlamaq, 40 yaşında yenidən ana olmaq, səyahət etmək, gənc yaşında gözəl nənə olmaq, həyatı sevmək.

Nə etmək olmaz?

Çox yemək, spritli içkilər qəbul etmək, siqaret çəkmək, evdə oturmaq, saatlarla televizora baxmaq, pis şeylər haqqında düşünmək, dünyadan küsmək, həddən artıq hündürdabanlı ayaqqabılar geyinmək, yumor hissini itirmək, gənclərdən uzaq olmaq, yenilikdən qorxmaq, hisslərə qənaət etmək.

Üz dərisinə qulluq etmək üçün ən yaxşı vasitə maskalardır. Maskaları hazır şəkildə almaq və ev şəraitində hazırlamaq olar. Ev şəraitində maska hazırlayarkən əl altında olmayan məhsullardan ibarət çətin reseptlərə meyil göstərməyin. Onları hər soyuducuda olan adi məhsullardan da hazırlamaq mümkündür.

Bir xörək qaşığı mayonezi və ya qatığı üzünüzə çəkin. Mayonez ağardıcı, qatıq isə qidalandırıcı effektə malikdir.

Genişlənmiş məsamələri aradan qaldırmaq üçün yumurta ağını üzünüzə çəkin və quruduqdan sonra yuyun.

Xiyarı əzib üzünüzə çəkin. Bu dərini qidalandırır, təravətləndirir və əlbəttə ki, cavanlaşdırır.

Təzə yerkökünü kiçik gözlü sürtgəcdən keçirib mayonezlə qarışdırın. Bu maskadan sonra bir gün dəri xına rəngdə ləkələrlə örtülür. Lakin maska güclü cavanlaşdırıcı təsirə malikdir.

Bal və xama qarışığından hazırlanan maska dəriyə qidalandırıcı təsir göstərir. Xüsusilə quru dərilərə uyğundur.

Giləmeyvə qarışığından hazırlanmış maska ağardıcı və cavanlaşdırıcı təsir göstərir.

Yoqurt dərinin tonusunu yüksəldir.

Üzünüzdə maska olarkən dincəlməyə çalışın. Maska altında üzün mimikalarını tez-tez dəyişmək əks təsir yarada bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm