Rəşad İlyasov sponsor axtarır
Bizi izləyin

Tabloid.az

Rəşad İlyasov sponsor axtarır

Müğənni Rəşad İlyasov ağır yükün altına girib.

Müğənni Rəşad İlyasov ağır yükün altına girib. O, həyatının ən maraqlı layihəsini reallaşdırmağa çalışır: “Bu elə-belə bir iş deyil. Çox böyük bir layihədir. Layihədə musiqimizin bir neçə janrı, müxtəlif xalqların mahnıları, əsasən, klassik musiqi yer alacaq. Simfonik orkestrin müşayiəti ilə bu mahnılar ifa ediləcək. Həmçinin istəryirəm kanon aləti haqqında informasiya xarakteri də daşısın. Çünki, internetdə qanun aləti yazıb axtarış verərkən türklər, kanon yazarkən isə erməni musiqiçiləri çıxır. Ona görə də istəyirəm ki, bu steorotipləri dağıdım. Azərbaycan da elə bir mövqedə yerləşib ki, qərbi və şərqi özündə birləşdirib. Məhz bu səbəbdən böyük bir layihəm olacaq”.

Tabloid.az-a açıqlama verən müğənni onu da əlavə edib ki, layihənin gerçəkləşməsi üçün yaradıcı proses gedir, sadəcə maddi problemlər həllini tapmayıb. Müğənni deyir ki, sponsor olsa bu layihəni asanlıqla gerçəkləşdirə biləcəl.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm