Hakerlərin növbəti qurbanları
Bizi izləyin

Tabloid.az

Hakerlərin növbəti qurbanları

Son günlər hakerlər tez-tez məşhur şəxslərin şəxsi həyatına müdaxilə etməyə başlayıblar.

Son günlər hakerlər tez-tez məşhur şəxslərin şəxsi həyatına müdaxilə etməyə başlayıblar. Amerikanın “Contact Music” saytının məlumatına görə, fırıldaqçı hakerlər “Sony Pictures Studio” şirkətinin baza məlumatlarını dağıdaraq Ancelina Coli, Kameron Diaz və digər məhşurların şəxsiyyət vəsiqələrinin məlumatlarını, qiymətli kağızlar haqqında məlumatları və onların şifrələrini ələ keçiriblər.

Mənbənin məlumatına görə, şirkət əməkdaşları baza məlumatlarına hakerlərin müdaxiləsi baş verdiyi an məlumat əldə edə biliblər.

Bu artıq qərbdə hakerlərin məşhur insanlara hücumunun ilk halı deyil. Daha öncə də hakerlər Cenifer Lourens, Kim Kardaşyan, Meri Keyt Olsen, Ember Herd və digər məşhurların açıq-saçıq şəkillərini ələ keçirməyi bacarıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm