Quru və kövrək saçlara qulluq qaydaları
Bizi izləyin

Tabloid.az

Quru və kövrək saçlara qulluq qaydaları

Saçların quru və kövrək olmasının səbəbi dəri piyinin lazımı miqdarda ifraz olunmamasıdır.

Saçların quru və kövrək olmasının səbəbi dəri piyinin lazımı miqdarda ifraz olunmamasıdır.

Bu saçlarda parıltının, yumuşaqlığın, elastikliyin itirilməsi, quru kəpəyin əmələ gəlməsi və dərinin dartınması ilə müçahidə olunur. Ən əsas problem isə odur ki, saçların quruluğu onların mütləq şəkildə tökülməsinə səbəb olur.

Saçların kövrək olma səbəbləri:

Dəridə olan dəyişikliklər, insan orqanizminn ümumi vəziyyətindən xəbər verir. Adətən quru və kövrək saçlar, dəmir defisiti və anemiya xəstəliyi olan insanlarda daha çox təsadüf edilir. Bu hallarda orqanizmin bütün hüceyrələri hipoksiyadan əziyyət çəkdiyinə görə, baş dərisinin mikrosirkulyasiyası pisləşir, follikulun qidalanması pozulur. Bu isə saçların strukturunun dəyişilməsinə səbəb olur.

Mədə- bağırsaq xəstəlikləri zamanı, həzmin pozulması,həm orqanizmin vitamin və mikroelementləri almasına mane olur, həmçinin orqanizmin patoloji vəziyyəti də orqanizm tərəfindən vitamin qəbulunu pozduğuna görə,quru və kövrək saçların yaranma səbəbinə çevrilir.

Xroniki böyrək xəstəlikləri də həmçinin dərinin vəziyyətindən özünü biruzə verir. Quru, kövrək saçlar, qatlanan dırnaqlar adətən xroniki böyrək çatışmazlığı və vərəm infeksiyası olan xəstələrdə müşahidə olunur.

Dişlərin kariesi, badamcıq vəzinin iltihabı kimi xroniiki infeksiyalar və həmçinin qurd xəstəlikləri insana diskomfort yaratmayaraq, saçların bu vəziyyəti ilə özünü göstərə bilirlər.

Yalnız, tiroxlogiyada aparılan son araşdırmaların nəticəsinə görə, saçlarda yaranan bu problemlər əsasən səhv qulluq və ya qulluğun olmaması ilə bağlıdır. Səhv fikirlərdən biri isə odur ki, yağlı saçlar quruya bilməz. Bu fikirlərlə bir çox insanların yağlı saçlar üçün istifadə etdiyi vasitələrdir ki, onlar saçların daha da pisləşməsinə səbəb yaradıb, nəticədə nəinki quruluq, həm də kövrəklik əlavə edirlər.

Ən əsası isə fen, kimyəvi prosedurlar, tez-tez boyama, duzlu dəniz suyu, xlorlu hovuz suyu, bəzi preparatların qəbulu saçlara mənfi təsir etdiyini unutmayın. Buna görə saçlarınızın təbii rənginə üstünlük verərək, tərkibində bir çox ziyanlı maddələr olan boyalardan, yüksək dərəcəli istilik verən fenlərdən, saçlar üçün olan kmyəvi prosedurlardan uzaq olmağa çalışın.

Daraq seçiminə gəldikdə isə, taxta daraqlardan istifadə etmək hər tip saçlar üçün məsləhətli sayılır.

Bu maskalarla saçlarınız qidalanaraq, nəmlənib, sağlam görkəm alacaqlar. Beləliklə evdə, asan hazırlana biləcək bir neçə qidalandırıcı maska resepti təqdim edirik:

Bal və zeytun yağı.

4 x/q bal və 6 ç/q zeytun yağını qarışdırıb, saçlara sürtün. Üzərinə polietilen paket bağlayın. Bu maskanı 30 dəqiqə saxlamaq lazımdır.

Bal və süd.

1/2 stəkan süd və 2 x/q balı qarışdırıb, saçlara sürtün. Bu maskanı 1 saat saxlamaq lazımdır.

Yumurta əsaslı qidalandırıcı maska.

1 yumurta, 2 x/q gənəgərçək yağı, 1 ç/q sirkə və qliserin. Bu maskanı saçların bütün uzunluğuna çəkmək lazımdır.

Yağ əsaslı maska.

Fosfor və kükürd saçları möhkəmləndiri. Mu mikroelementlər isə sarımsaq və soğanın tərkibində çoxdur. Sarımsaq və ya soğanın suyuna eyni nisbətdə bitki yağı və limon suyu əlavə olunur. Bu maskanı yarım saat saxlayıb, qoxudan azad olmaq üçün sonda saçları sirkəli su ilə yaxalamaq məsləhət görülür.

Yoqurt və yumurta əsaslı.

5 x/q təbii yoqurt və 1 yumurtanı qatıb, saçlara sürtün. Bu maska 15-20 dəqiqə saxlayıb, yuyun.

Bu məlumatlardan bəlli olur ki, saçlarınıza həftədə 2 dəfə cəmi 1 saat vaxt ayırmaqla, onları qidalandırıb,gözəl və sağlam görkəm vermək mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm