Dünya ulduzlarının populyarlaşdırdığı vampir maskası
Bizi izləyin

Tabloid.az

Dünya ulduzlarının populyarlaşdırdığı vampir maskası

Şou aləminin bir-birindən cazibədar ulduzları daha gözəl görünmək üçün ən qeyri-adi üsullara əl atmaqdan belə çəkinmirlər. Bu aralar bir çox dünya ulduzunun sevimli gözəllik sirri isə "qanlı maska" və ya "vampir maskası" adlanan müalicə üsuludur.

Kimyəvi pilinqin bir növü olan qanlı maska üz dərisini canlandırıb, qırışıqlıqların qarşısını almağı hədəfləyir. Prosedura zamanı xəstədən götürülən qan bir çox kimyəvi əməliyyatdan keçdikdən sonra kiçik iynələr vasitəsilə üz dərisinə vurulur.

Prosedura 62 yaşlı aktrisa Rozanna Barr sayəsində yenidən gündəmdədir. Aktrisa ötən gün öz "Twitter" səhifəsində proseduradan sonra çəkilmiş fotosunu paylaşıb. Rozanna daha gözəl və gənc görünmək üçün vampir maskasına müraciət etdiyini deyib.

Xatırladaq ki, "qanlı maska" ilk dəfə Kim Kardaşyan sayəsində bütün dünyada populyar olmuşdu. Seksual ulduz proseduranı canlı yayımda hamının göz qarşısında etdirmişdi.

Cazibədar model Bar Refaeli də ayda bir dəfə "vampir maskası" etdirir. Hələ 29 yaşı olan model indidən qırışıqlıqların qarşısını almağa çalışır.

Bu gözəllik üsuluna müraciət edən məşhurlardan biri isə "Böyük şəhədə seks" adlı serialla məşhurlaşan aktrisa Kim Ketrolldur. 50 yaşlı aktrisa proseduradan sonra çəkilmiş fotosunu paylaşaraq yaşından gənc görünməsinin sirrini açıqlamışdı.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm