2015 ombalı qadınların ili olacaq - Fotolar
Bizi izləyin

Tabloid.az

2015 ombalı qadınların ili olacaq - Fotolar

Moda aləmində tendensiyaları müəyyən edən "Vogue" jurnalında yer alan bir məqalədə 2015-ci ilin ombaların ili olacağı iddia edilib.

Moda aləmində tendensiyaları müəyyən edən "Vogue" jurnalında yer alan bir məqalədə 2015-ci ilin ombaların ili olacağı iddia edilib. Əslində bu iddia özünü indidən doğruldub. Çünki hara baxsaq Kim Kardaşyanın "Paper" jurnalına verdiyi pozaları, hansı musiqi kanalına çevirsək Cennifer Lopezin "Booty" ("Böyük omba") klipini görürük. Şakira ilə Rihannanın düet oxuduqları "Can’t Remember To Forget You" adlı mahnının da klipində ombalar baş roldadır.

Bir çox jurnalın da üz qabığında iri və seksual ombaya sahib qadınlar yer alır. "Vogue" jurnalında yer alan məqalədə deyilir ki, heç ombanın da ili olar? deməyin. Çünki hər dövrün bir trendi var. Məsələn, 90-cı illərdə Qvinet Peltrou və Keyt Moss sayəsində "sıfır bədən" moda olmuşdu. Yəni döşü, ombası kiçik olan, "taxta" kimi quru qadınlar ideal hesab olunurdular.

2000-ci illərin əvvəlində qarın əzələləri dəbə mindi. Təbii ki, bunda Britni Spirs, Kristina Aqilera və Beyonsun böyük rolu olmulşdu. Bu ulduzlar qarın əzələlərini göstərmək üçün daim topik geyinirdilər.

Ancaq Cennifer Lopez, Şakira və Kim Kardaşyan kimi ulduzlar iri ombalı qadınların daha seksual göründüyü fikrini bütün dünyaya aşıladılar. Rihanna və Beyons da ombaları ilə gündəmə gəlməyi bacaran ulduzlar arasındadır.

Bir sözlə, dövr iri ombalı qadınların dövrüdür. Ancaq qadınlara estetik əməliyyat etdirərək iri ombalı görünmək tövsiyə edilmir. Çünki 5 il sonra necə görünməyin trend olacağını heç kim bilmir. Odur ki, peşman olacağınız qərarlar verməyin və özünüzü olduğunuz kimi sevin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm