“Oğlan modellərin qaş almasına pis baxıram” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Oğlan modellərin qaş almasına pis baxıram” - Fotolar

Tabloid.az-ın “Kokteyl” layihısinin bu həftəki qonağı modelliyə yenicə başlamış Sərxan Yusifli oldu.

Tabloid.az-ın “Kokteyl” layihısinin bu həftəki qonağı modelliyə yenicə başlamış Sərxan Yusifli oldu. O bizə modelliyə olan sevgisindən və işin çətinliklərindən danışdı.

- Əvvəlcə sizi yaxında tanıyaq.

- Moskva Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıram. Lakin təhsildə qazandığım uğurlara baxmayaraq, anlayıram ki, öz ixtisasım mənim sahəm deyil. Bu sənət mənim həyat tərzimə və temperamentimə uyğun gəlmir. Mən universitetin ictimai həyatında çox fəal iştirak edirəm. Podiuma çıxmağı, məşhur olmağı və reklamlara çəkilməyi daha çox sevirəm.

- Niyə model olmaq qərarına gəldiniz?

- Mən hər zaman incəsənətə maraq göstərmişəm. Məqsədim model olmaq deyildi. Sadəcə, bu sahə maraqlı gəlirdi. Model kimi fəliyyət göstəmək mənim ən böyük hobbimdir. Uşaqlıdan bu sahayə böyük maraq göstərmişəm.

- Bu sahədə sizi əsas nə cəlb edir?

- Peşəkar model kimi tanınmağı qarşıma məqsəd qoymuşam. Diqqət mərkəzində olmaq da xoşuma gəlir.

- Yaraşıqlı oğlan olmağın ən çətin tərəfi nədir?

- Yaraşıqlı oğlan çoxdur. Digər modellərdən fərqlənmək üçün xarakterinizi ön plana çıxarmalısınız. Xarakterimi yetəri qədər göstərə bilmək üçün bu işə ürəyimi qoyduğumu deyə bilərəm. İşimin hər yönünü sevirəm. Hətta müsahibə verməyi də. Lakin model strandartlarını qoruyab saxlamaq kənardan göründüyü qədər asan deyil. Xarici görünüşünə daim fikir verməlisən. Formada qalmaq üçün idmanla məşğul olmalısan.

- Bəs modelliyin ən pis tərəfləri nədir?

- Mənim fikrimcə, oğlan modellərinin qaş alması bu işin ən pis tərəfidir, bunu mən də normal qarşılamıram. Dünyanın başqa ölkələrində normal qarşılansa da, biz də çox pis baxırlar. Kişinin bu addımı yolverilməz hesab olunur və bizə yaraşmaz.

- Qız modellərin bəziləri açıq-saçıq fotosessiyalar etdirirlər. Sonra da gündəmdən düşmək bilmirlər. Amma Azərbaycanda oğlan modellər olsa da, çılpaq fotosessiyalara çəkilmirlər. Buna münasibətiniz necədir?

- Mən bu məsələyə fərqli yanaşıram. Özünü model adlandıran qızlar bu fotosessiyalara yalnız gündəmdə qalmaq üçün əl atırlar. Mən onları model hesab etmirəm. Model podiumda geyim təqdim etməlidir, özünü deyil. Həm də unutmaq lazım deyil ki, bura Azərbaycandır.

- Açıq fotolarda çəkilmək kimi kompleksiniz yoxdur ki?

- Hələki çimırlik geyimində fotosessiya etdirməmişəm. Belə bir kompleksim yoxdur.

- Modellik peşəsi Azərbaycan mentaliteti ilə nə dərəcədə uzlaşır?

- Əslində Azərbaycan mentaliteti ilə modellik bir-birinə ziddir. Çox təəssüf ki, buna görə də modellik sənəti bizdə zəif inkişaf edir.

- Sevdiyiniz xanım varmı və işiniz münasibətlərinizə təsir edirmi?

- Sevdiyim xanım var və özü məni başa düşür, hətta mənə bu iş dəstəyini əsirgəmir.

- İndi modellərin çoxu seriallarda çəkilir. Sizə belə bir təklif gəlibmi, yəni bu, gözlənilirmi?

- Bəli, serialda çəkilməyə hazırlaşıram, özümü aktyor kimi də sınamaq istəyirəm. Çox həyəcanlıyam,məncə, alınacaq. Serialda çəkilmək təklifi Türkiyədən gəlib. İnşallah bu yaxınlarda Türkiyəyə yola düşürəm.

- Hansı stilə üstünlük verirsiniz?

- Mən əslində idman və yarım klassik stilə üstünlük verirəm.

- Qocalanda hansı işlə məşğul olacağınızı düşünürsünüz?

- Hələ çox gəncəm. Bu barədə fikirləşmək istəmirəm. Gəncliyimi doya-doya yaşamaq istəyirəm. Qocalanda nə işlə məşğul olacağımı zaman özü göstərəcək.

- Hansı cinsin nümayəndəsi üçün model olmaq daha asandır?

- Əgər özünə güvənirsənsə, məncə həm qız, həm də oğlan üçün çətin olmamalıdır. Öz işini sevəndən sonra işində uğur əldə etmək daha san olur.

- Xarici görünüşünüzdən razısınız? Nəyi dəyişmək istərdiniz?

- Təvazökarlıqdan uzaq səslənsə də, xarici görkəmimdən razıyam. Heç nəyi dıyişmək istəməzdim.

- Modellikdən əldə etdiyiniz qonarar sizi qane edir?

- Bu işə yeni başladığım üçün böyük pullar qazandığımı deyə bilmərəm. Ancaq mağazaların geyimlərini reklam etdiyim üçün qonorar qazanmışam.

- Qız modellər kişi modellərdən daha məşhurdurlar və daha çox qazanırlar. Bu səni narahat etmir ki?

- Yox, qətiyyən. Paxıl insan deyiləm, həm də qadına paxıllıq etmək kişiyə yaraşmaz. Əksinə, qız modellərin uğur qazanması məni sevindirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm