Boyun ağrılarını necə azaltmaq olar?
Bizi izləyin

Tabloid.az

Boyun ağrılarını necə azaltmaq olar?

Boyun ağrılarını necə azaltmaq olar?

Günümüzdə aktual mövzulardan biri də insanlarda oturaq iş həyatından dolayı qaynaqlanan boyun və çiyin ağrılarıdır. Boyun-kürək ağrılarının səbəbi və diaqnozu asanca müəyyən edilir və müalicəsi mümkündür. Boyun ağrısında istilik müalicəsi, müvafiq dərmanlar, istirahət ilə evdə müalicə əsas üsullardan biri hesab olunur. Aşağıdakıları tətbiq etsəniz faydalıdır:

Kompüterdən istifadə edərkən hərdənbir fasilə verin və uzanaraq istirahət edin. 15 dəqiqəlik fasilələrlə isti və soyuq müalicələri tətbiq edə bilərsiniz. Bir parça buzu ağrıyan bölgədə gəzdirin. Bu şişlik və krampları azaltmağa kömək edir. Boynu çox tərpətmədən istirahət etdirin, sabit saxlamaqda isə fayda var. Bu sahəyə yüngülcə masaj da edilə bilər. Fizikiterapiya mütəxəssisinə müraciət etmək də məsləhət görülür. Dərmanlardan istifadə də kömək edə bilər. Düz, ortopedik bir yastıq və yataqda bu ağrıların müalicə üsulu kimi hesab olunur. Aktiv olmağın isə işə yaradığı bildirilir. Yuxu, iş və məşq də digər müalicə ünsürləridir.

Boyun və çiyin ağrısı fərqli şəkillərdə təsnif edilir. Bəzi insanlar yalnız boyun ağrısı ya da yalnız çiyin ağrısı yaşayarkən başqaları isə hər iki bölgədə də bu ağrıdan əziyyət çəkə bilərlər. Əlamətləri haqqında geniş məlumat vermək olar. Boyun bölgəsində, boyun əzələlərində olan sərtlik və ümumi ağrı, çiyindən aşağı və kürək sümüklərinə yayılan ağrı, tək və ya cüt tərəfli baş ağrıları, boyunda, boğazda gərilmə və tərpənə bilməmə, həssaslıq, boynu çevirmədə problem yaşamaq bu xəstəliyin əsas əlamətləridir. Bundan başqa, kəllə, çiyin və qollarda gücsüzlük, qol və barmaqlarda olan problemlər, sümükdə və ya oynaqlarda anormallıqlar, zədə, səhv duruş, degenerativ xəstəliklər də boyun ağrısından əziyyət çəkənlərdə müşahidə edilir. Şişlər, həddindən artıq ağır işlə məşğul olmaq və ya təkrar edilən ağırlıq qaldırma, zədə, yaralanmaları və qırıqlar, əzələ və onurğa dəstəyində ligament və ya yaşlanma təsirləri, infeksiya, şiş ya da sümüklərdə pis xasiyyətli hüceyrə böyüməsi, zəif əzələ tonusu, spazm, bağ və ya əzələ zədələnilməsi, uzun müddət boyunca kompüterdən istifadə etmək boyun ağrılarının əlamət və səbəbləri hesab olunur.

Çiyin böyük bir hərəkət aralığına sahib elə bir oynaqdan ibarətdir ki, zədələnməyə qarşı daha həssasdır. Çiyin ağrısı aşağıdakı səbəblərin bir və ya bir neçəsində qaynaqlana bilər: Həddindən artıq aktivlikdən uzaq qaynaqlanan gərginliklər, həddindən artıq istifadədən qaynaqlanan tendonit, çiyin oynağı olan problem, çıxıq, körpücük və ya üst qol sümüyü çatları, donmuş çiyin, sinir sıxışması.

Boyun ağrılarından necə qurtulmaq olar?

Boyun yırtıqlarında ən çox rast gəlinən şikayətlər arasında qolda keyləşmə ilə yanaşı ağrılar da vardır. Bu şikayətlər diskin hansı bölgəyə təzyiq etməsindən asılıdır və ümumiyyətlə, tək tərəflidir. Ağrı boynun geriyə bükülməsi və ya rotasiya (fırlanma) hərəkətləriylə artar. Təzyiq altında olan sinirin inervasiya etdiyi əzələ qruplarında gücsüzlük görünə bilər. Onurğaya olunan təzyiqdən asılı olaraq qollarda gücsüzlük tam iflic vəziyyətinə qədər gedə bilər.

Bu cədvəldə ən çox risk daşıyan qrup isə 30-40 yaş arasındakı insanlardır. Erkən diaqnoz çox əhəmiyyətlidir və diaqnozu qoymaq üçün bir sıra üsullardan istifadə edilir.

Ağrıları azaltmaq üçün həyatımızı rahatlaşdıraq

Bəzi hallarda iş rahatlığını artıran köməkçi işçilərdən faydalanmaq lazımdır (kreslo və masa dizaynları, kresloda kürək və qol dəstəkləri, ayaq dəstəkləri və s.)

Həm də iş mühitində edilən sadə məşqləri təcrübədən keçirə bilərsiniz:

Daimi fərqli vəziyyətlərə keçin və eyni mövqedə uzun müddət qalmayın;

Telefon və ya bənzəri iş vasitələrini götürmək üçün əlinizi uzadarkən məcburedici hərəkətlərdən çəkinin.

Dirsək, qol və biləklərin sərt səthlərə söykənməsindən çəkinin;

Gün içində qısa fasilələr verin, əzələ və oynaqlara istirahət və yenilənmə fürsəti verin;

Eyni əzələlərin həddindən artıq istifadəsinə mane olmaq üçün fərqli əzələ qruplarını işlədin;

Gün boyu müəyyən aralıqlarla ayağa qalxın. Kreslonun yerini dəyişdirmək, oynaqların duruşunu dəyişdirməyi təmin edər. Heç bir mövqenin uzun müddət ideal qala bilməyəcəyi unudulmamalıdır.

Hər yarım saatda 30-60 saniyəlik gərilmə məşqləri, qan dövranını nizamlayar, müəyyən bir mövqedə uzun müddət oturmaqdan əmələ gələn narahatlığı azaldır, məhsuldarlığı artırır və səhv etməyi önləyir.

Boyun ağrısına masaj yaxşı təsir edir

Boyun ağrısı zamanı onurğaya əllə edilən masajın, fiziki müalicədən daha təsirli olduğu təyin olunub. Masajla müalicə görən xəstələrin digərlərinə nisbətən daha tez yaxşılaşdığı və narahatlığın əhəmiyyətli ölçüdə keçdiyi müşahidə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm