“Qızıl qramafon”dan Azərbaycana da pay düşdü - Fotolar
Bizi izləyin

Tabloid.az

“Qızıl qramafon”dan Azərbaycana da pay düşdü - Fotolar

Rusiyanın Kreml Sarayında “Qızıl qramafon” mükafatının 19-cu dəfə mükafatlandırma mərasimi baş tutub.

Rusiyanın Kreml Sarayında “Qızıl qramafon” mükafatının 19-cu dəfə mükafatlandırma mərasimi baş tutub. Rusiya şou biznesinin bütün simaları adıçəkilən mərasimdə iştirak etmək üçün Kreml Sarayına təşrif buyurublar.

Mərasimin ən yaddaqalan simaları Rusiya şou biznesinin pop kralı adlandırılan Filipp Kirkorov və stilist Sergey Zveryev olub. Onların hər ikisi başlarında tac və fərqli geyimləri ilə diqqəti özlərinə çəkməyi bacarıblar.

Elə ən yadda qalan məqamlardan biri də Filipp Kirkorovun adı ilə bağlı olub. Belə ki, 19 “Qızıl qramafon” mükafatına sahib olmaqla rekorda imza atan müğənni bu ilki mükafatını ayrı şəxsə bağışlayıb. O, mükafatı İqor Krutoya verib: “Mən mükafatımdan imtina etmirəm. Mən artıq onu almışam. Mən mükafatımı İqor Krutoya vermək istəyirəm. Çünki bu il onun ən önəmli ilidir. Onun bu il 60 yaşı tamam oldu və o, çoxsaylı konsertlər verib”.

Bundan başqa, “Qızıl qramafon” 2014 mərasiminin laureatları sırasında Vera Brejneva, Dima Bilan, Valeriya, Nikolay Baskov, Natali, Stas Pyexa, Anita Tsoy, Jasmin, Aleksandr Buynov, Potap və Nastya, “VİA Qra”,Stas Mixaylov, Sergey Lazeryev, Byanka, Valeriy Meladze, Qriqoriy Leps, Ani Lorak və başqaları da olublar.

Azərbaycan musiqisini dünyada uğurla təmsil edən bəstəkar-müğənni Emin də mükafat alanlar sırasında olub. Müğənni “Ya luçşe vsex jivu”, dilimizə tərcümədə “Mən hamıdan yaxşı yaşayıram” mahnısına görə “Qızıl qramafon” mükafatına layiq görülüb. Maraq üçün bildirək ki, mahnını Eminə Qriqoriy Leps hədiyyə edib. Məhz bu mahnıdan ilhamlanaraq Emin ilk rus dilli “Na krayu” adlı albomunu çıxardıb.

Tabloid.az mükafatlandırma mərasimindən şəkilləri təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm