Yeni il üçün məşhurların stillərindən ilham alın! – Fotolar
Bizi izləyin

Tabloid.az

Yeni il üçün məşhurların stillərindən ilham alın! – Fotolar

Yeni il üçün məşhurların stillərindən ilham alın! – Fotolar

Dekabr ayı gəlibsə, deməli, bayram günü üçün geyinə biləcəyimiz ziyafət libasları seçməyə başlaya bilərsiniz. Tabloid.az Yeni il günü geyinə biləcəyiniz məşhurların ən mükəmməl stillərini seçib. Onların parıltılı donları sizə də ilham verəcək. Onların bədən tipləri və seçdikləri geyim tərzinə baxaraq öz tərzinizə uyğun olub-olmadığını və yaraşdığını müəyyənləşdirə bilərsiniz.

Bu mövsümün ən şıq və dəbdəbəli ziyafət paltarları üçün bu məşhur ulduzların stillərindən bəhrələnə bilərsiniz.

Yeni il gecəsi üçün ən ideal rənglər qara və qırmızıdır. Onlardan başqa bənövşəyi ilə mavi rənglərə üstünlük verə bilərsiniz. Ayaqları uzun göstərmək istəyirsinizsə, qısa və dar modelləri seçməyi tövsiyə edirik!

Bu qısa modellər Beyons, J Lo, Teylor Svift kimi tanınmışlar tərəfindən geyinilən paltarlar olsa da, oxşarlarını və ucuz variantlarını demək olar ki, bütün mağazalarda tapa bilərsiniz.

Yeni il gecəsi üçün al-qırmızı parçalardan başqa, pulcuqlu geyimlər də mükəmməl bir seçimdir. Onlar bədəndə fövqəladə və çox sevimli dayanır. Mən pulcuqlu geyimləri heç sevməsəm də,Yeni İl üçün ən ideal paltarlar olduğunu dana bilmərəm. Məncə, ildə bir dəfə bu cür çılğına icazə verməyə və par-par parıldamağa tam haqqımız var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm