Mənsum İbrahimov Ankaraya niyə gedir?
Bizi izləyin

Tabloid.az

Mənsum İbrahimov Ankaraya niyə gedir?

Xalq artisti Mənsum İbrahimov Ankarada konsert verəcək.

Xalq artisti Mənsum İbrahimov Ankarada konsert verəcək. Bu barədə Tabloid.az saytına eksklüziv açıqlamasında sənətkar özü məlumat verib. Onun sözlərinə görə, dekabrın 5-də TÜRKSOY-un təşkil etdiyi tədbirə qatılacaq. Dekabrın 6-da isə Ankaradakı muğam həvəskarlarına solo konsert verəcək:

“Səfərə hazırlaşıram. Bir neçə gün Ankarada olacağam. Həm TÜRKSOY-un tədbirində iştirak edəcəyəm, həm də solo konsert verəcəyəm. Konsertin biletləri artıq satılıb. Düzü, neçə nəfərlik auditoriya üçün konsert verəcəyimlə maraqlanmıram. Məni kəmiyyət maraqlandırmır. Dinləyicimi məmnun etməyə çalışıram. Mənim üçün əsas budur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm