Bağırsaq qurdlarının tökülməsinə kömək edən bitki
Bizi izləyin

Tabloid.az

Bağırsaq qurdlarının tökülməsinə kömək edən bitki

Qara kələm ən faydalı yaşıl yarpaqlı bitkilər siyahısında 10-cu yerə layiq görülüb

Kələmin orqanizm üçün çox faydalı olduğundan hamı xəbərdardır. Ancaq hər kələm növünün özünəməxsus faydaları var. Yəni, ağ kələmlə, qara kələm və ya gül kələminin sağlamlığımıza faydaları fərqlidir.

Mətbəximizdə ağ kələmdən daha çox istifadə olunur. Ancaq qara kələm də ən az onun qədər faydalıdır. Hətta qara kələm ən faydalı yaşıl yarpaqlı bitkilər siyahısında 10-cu yerə layiq görülüb.

C vitamini anbarı olan qara kələmin tərkibində həmçinin, A, B, E vitaminləri, kalsium, kalium, kükürd, maqnezium, mis və dəmir var. Bu dadlı tərəvəz bir çox xəstəliyin dərmanı hesab olunur.

Dəri, diş və sümük toxumalarını möhkəmləndirir. Bədəndəki zəhərli maddələrin atılmasına kömək edir.

Qansızlıqdan əziyyət çəkənlər üçün çox faydalıdır.

Sidikqovucudur.

Qəbizlik şikayəti olanlar bol-bol qara kələm yeməlidirlər.

Təzə qara kələm suyu mədə və bağırsaq xorasından əziyyət çəkənlər üçün ən şəfalı qidalrdan biridir.

Bağırsaq qurdlarının tökülməsinə kömək edir.

Bağırsaq infeksiyalarına qarşı qoruyur.

Bədəni möhkəmləndirir və orqanizmdəki bakteriyaları öldürür. Xərçəngə qarşı ən təsirli qidalardan biridir.

Atsma, romatizma, sarılıq və öd kisəsi xəstəliklərinə faydalıdır.

İştahanı açdığı üçün kökəlmək istəməyənlər bu tərəvəzdən daha diqqətlə istifadə etməlidirlər.

Döş uclarında yaranan çatlaqlardan xilas edir.

Qandakı şəkərin səviyyəsini aşağı salır.

İmmunitet sistemini gücləndirir.

Zob şişindən (quatr) əziyyət çəkənlərə qara kələm yemək məsləhət deyil.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm