Hansı rəng dodaq boyası nəyə işarə edir? – Fotolar
Bizi izləyin

Tabloid.az

Hansı rəng dodaq boyası nəyə işarə edir? – Fotolar

Dodaq boyasının rəngi sizin xarakterinizdən xəbər verir

Xanımlar çox vaxt dodaq boyasını makiyajlarına uyğun seçirlər. Məsələn, sadə makiyaja üstünlük vermək istəyənlər və ya gözləri ön plana çıxarmağa çalışanlar bej çalarlarında olan, açıq rəngli dodaq boyalarına üstünlük verirlər. Dodaqlarının gözəlliyinə güvənənlər isə qırmızı, çəhrayı, zoğalı çalarlarda olan tünd, diqqətçəkici dodaq boyaları çəkirlər.

Əslində isə dodaq boyasının rəngi sizin xarakterinizdən xəbər verir. Belə ki, hər rəngin öz mənası var.

Tabloid.az dodaq boyalarının rənglərini araşdırıb:

Klassik qırmızı

Qırmızı rəngə üstünlük vermək “məni gör, mənimlə maraqlan” deməkdir. Qırmızı rəngli dodaq boyası çəkdikdə getdiyiniz məkanda diqqət mərkəzində olmaq istədiyinizi göstərirsiniz. Yeni biri ilə tanış olmaq, həyatının eşqini tapmaq istəyən qızlar xüsusi dəvətlərə gedərkən hər zaman qırmızı rəngli dodaq boyası çəkirlər.

Tünd çəhrayı

Bu rəngdə dodaq boyalarını daha çox sevirsinizsə, deməli siz çox romantik insansınız. Macəranı sevirsiniz. Eşq romanları yaşamaq üçün həmişə vaxtınız var. Ən əsası isə siz içinizdə bir ulduzun gizləndiyini, səhnəyə yaraşdığınızı düşünürsünüz.

Tünd bənövşəyi

Bu rəng hamıya yaraşmır. Uyğun geyim stili ilə birlikdə açıq dəri rənginə sahib olanlara daha çox yaraşır. Əgər tünd bənövşəyi rəngli dodaq boyaları çəkməkdən xoşunuz gəlirsə, deməli siz risk almaqdan qorxmursunuz. Cəsarətli insansınız. Öz dediyindən dönməyən, inadcıl insanlar da tünd rəngli boyalara üstünlük verirlər.

Bej çalarlar

Makiyajda dodaqları ön plana çıxarmağı xoşlamırsınızsa, deməli sizin məqsədiniz diqqət çəkmək deyil. Siz sadəcə şıq və zərif görünmək istəyirsiniz.

Narıncı

Dodaqlarınızı narıncının müxtəlif çalarlarına boyamaq sizi xoşbəxt edirsə, deməli siz bol enerjili insansınız. Söhbətcilsiniz. Hamı ilə dil tapır, istənilən şəraitlə uyğunlaşırsınız. Dodaq boyasında narıncı rəngə üstünlük verən xanımlar özlərinə güvənirlər. Yeniliklərə açıqsınız.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm