Nəbahət Çehrə Bakıda xəstələndi
Bizi izləyin

Tabloid.az

Nəbahət Çehrə Bakıda xəstələndi

Türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə Bakıda xəstələnib.

Türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə Bakıda xəstələnib. Tabloid.az xəbər verir ki, sabah Kempinski oteldə “Qanlı yanvar” bədii filminin yaradıcı və işçi heyəti ilə keçiriləcək görüşdə iştirak etmək məqsədi ilə şəhərimizdə qonaq olan Nəbahət Çehrənin səhhətində ciddi narahatlıq yaranıb. Bildirilir ki, məşhur aktrisanın hətta gəlişinin əsas məqsədi olan tədbirə belə qatılıb-qatılmayacağı sual altındadır.

Tədbirin təşkilatçıları tabloid.az-a açıqlamasında məşhur kino ulduzunun xəstələndiyini təsdiqləyərək bildiriblər ki, Nəbahat Çehrə tədbirə qatılacaq.

Xatırladaq ki, sözügedən tədbir 20 Yanvar hadisələrinin 25 illiyinə həsr olunub. Görüşdə “Qanlı yanvar” filminin çəkilişində iştirak edən dünya şöhrətli aktyorlar iştirak edəcəklər. Belə ki, amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, rus xalqının təmsilçisi görkəmli aktyor Yuriy Baleev, habelə İrandan dəvət olunmuş görkəmli kino-operator Afşin Əlizadənin başçılıq etdiyi cəkiliş qrupu və azərbaycanlılardan ibarət heyət iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm