“Elnurun lələyə ehtiyacı yox idi...”
Bizi izləyin

Tabloid.az

“Elnurun lələyə ehtiyacı yox idi...”

Elnurun "O səs Türkiyə" müsabiqəsindəki çıxışına tanınmışlar rəylərini yazıblar. Tabloid.az həmin rəyləri təqdim edir:

Dünən Türkiyədə yaşananlar isə “Eurovison” “mələyi”mizi bir daha bütün Azərbaycanın yadına saldı. Elnur Hüseynov səsi əməlli başlı daxilimizdə bir zəlzələ yaratmağı da bacardı. Bu səs dalğasının təsiri o qədər güclü oldu ki, münsif kürsüsündə əyləşənlər belə onun qarşısında baş əydilər.

Elnurun "O səs Türkiyə" müsabiqəsindəki çıxışına tanınmışlar rəylərini yazıblar. Tabloid.az həmin rəyləri təqdim edir:

Müğənni Günay İbrahimli: “Elnur, sənə halal olsun! Fəxr edirəm! Allah sənin səsini qorusun. Ürəyim əsdi, bravo! Bundan sonra Elnur tənbəl olmayıb işləməlidir.

Aktrisa Firəngiz Mütəllimova: “Elnur, Allah yolunu açıq etsin. Halal olsun sənə.”

Aparıcı Zemfira Adıgözəlova: “Elnur, halal olsun! Oooy, ağladım.... Söz tapa bilmirəm. Bravo”

Elnur Məmmədov: “Çox heyif olsun ki, Azərbaycanda da Elnurun qədrini bilə bilərdik. Eh... İnanın ki, buğundən sonra hamı Elnur deyəcək. Yiyələnmək istəyəcək. Niyə axı bu yazıq, Azərbaycanda yada düşmürdü. Çox heyflər olsun. Əziz insan Elnur, yolun açıq olsun. İnşallah, həqiqətən “Eurovision”da necə ki, Elnur və Samirdən başqa yox idi, “O səs Türkiyə”də də Elnurdan başqası yalandır. Halal olsun sənə bir daha. Fəxr elədim Azərbaycan sənətilə.

Yazıçı Aysel Əlizadə: “Bizimkilər bu oğlana lələk taxib Avropaya göndərmişdilər. Bu adamin lələyə ehtiyaci yox ki. İllərdir heç kimin edə bilmədiyini etdi sənətilə. Azərbaycanda ciddi sənətçilər olduğunu göstərdi turkiyəlilərə”.

Müğənni İradə İbrahimova: “Musiqinin mərkəzi Azərbaycandır!!! Elnur nəfəsi ilə, səsi ilə Türkiyəni silkələdi!!! Bədənimizdəki zəlzələdən hələ söz etmirəm. Səsinə sağlıq!””

Səidə Sultan: “O səs Türkiyə”də Elnurun çıxışı partlayış oldu. Super. Fəxrimizsən. İnanırsınız, sevincimdən ağlamışam. Necə xoşdur bunu yaşamaq. Fəxrimizsən! Sənətinin bilicisən. Uğur olsun. Birinciliyə layiqsən. Necə hamı heyran oldu bu səsə. Təki bizdə də belə sənətə qiymət versinlər. Çox sevinirəm Elnurun yerinə”

Azəri qızı Günel: “Halal olsun həmyerlim. Ağızlar açıq qaldı. Yolun açıq olsun.”

Nura Suri: “Sizi bilmirəm, amma mən Samir Cavadzadə və Elnur Hüseynovun qədrini əvvəldən bilmişəm. Onlarla mütəmadi görüşürəm və dostluq edirəm. İmkanım olsa, sponsorluq da edərəm. Heyf ki, əlimdə elə imkanım yoxdur. Onları “Eurovision”a getməzdən əvvəl tanıyıram və istedadlarına bələdəm. Bir gün onlar da Əzizə Mustafazadə kimi çıxıb gedəcəklər...”

Murad Arif: “Fəxarət anı! Elnur, nə olar, bu dəfə şöhrətdən düzgün istifadə et və anla, sən gözəl ifaçı olsan da, işləməsən yenə unudulacaqsan....”

Elnarə Təhməzova: “Bu gecə Azərbaycanın yuxusunu qaçırtdın, Elnur! Halal olsun! Bizi tez-tez oyatmaq lazımdır!”

Aytən Səfərova: “Hamı ağızdolusu Elnur Hüseynovdan danışır . Bəs nə oldu, ay onun səsinə qiymət verməyib oriyentasiyasına görə qınayıb buralardan küsdürənlər ? Oriyentasiyanın insanın istedadına və elə insanlığına heç bir adiyyatı yoxdur. Azərbaycan şou biznesi iylənib... Nə qədər eyni adamları görmək olar ? Mən hələ səhnəyə cavanları buraxmayan, onları hər yerdə pisləyib sifətini çevirən yaşlı xalaları və üzünü dartdıran bığlı dayıları demirəm... Yeməyənin payınız yeyərlər. Türkiyədə Elnura super uğur arzulayıram.”

Faiq Ağayev: “Hər zaman xatırla ki, sənin tacqoyma mərasimini alqışlayan kütlə, başının kəsilməsini də alqışlayan kütlə olacaq. İnsanlar şounu sevir. Sən bunu bilirsən. Uğurlar sənə, istedad!”

Ebru Gündeş: "Məni çox şad etdin, xoş gəldin, Elnur"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm