Mükafatlandırma gecəsinə damğa vuran gözəllər - Fotolar
Bizi izləyin

Tabloid.az

Mükafatlandırma gecəsinə damğa vuran gözəllər - Fotolar

Bir çox məşhur simanın iştirak etdiyi gecənin qırmızı xalısında əsl şıqlıq yarışı olub

Dünən gecə İngilis Moda Mükafatları öz sahiblərini tapıb. Bir çox məşhur simanın iştirak etdiyi gecənin qırmızı xalısında əsl şıqlıq yarışı olub.

2014-cü ilin ən populyar modeli Kara Delevin "İlin modeli" mükafatına layiq görülüb. “Burberry” imzalı geyimi ilə sadə şıqlıq nümayiş etdirən cazibədar model göz qamaşdırıb.

"İlin markası" mükafatını isə Viktoriya Bekhem alıb. Ağ-qara stili ilə diqqətçəkən modelyer markasının yeni mövsüm kolleksiyasına daxil olan libası ilə olduqca zərif görünüb.

Gecədə iştirak edən ulduzlar arasında cazibədarlığı ilə dərhal seçilən barbadoslu müğənni Rihanna “Stella McCartney” imzalı qara pencəyi ilə stil ikonası ünvanına layiq olduğunu göstərib. Həm sinəsinin, həm də ayaqlarının gözəlliyini nümayiş etdirən pop-ulduz toppuz yığdığı saçları və makiyajı ilə gecənin ən şıq qadını olmaqda öz iddiasını ortaya qoyub.

Gecədə şıq xanımlardan biri də gənc aktrisa Emma Vatson olub. “Misha Nonoo” markalı tulumu ilə “Dior” pencəyini kombinə edən ulduz diqqət çəkməyi bacarıb.

Bir sözlə dəvətdə iştirak edən bütün xanımların bu gecə üçün xüsusi olaraq hazırlandıqları bəlli olur. Onlar arasından ən şıq qadını seçmək elə də asan deyil.

Ən yaxşısı özünüz baxıb qiymətləndirin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm