• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanlı müğənni sevgilisi ilə səyahətə çıxacaq - Fotolar

Azərbaycanlı müğənni sevgilisi ilə səyahətə çıxacaq - Fotolar

Türkiyədə, Bakıda çəkdirdiyi klipləri və bir sıra yaradıcılıq işləri ilə gələn müğənni Vüsalə Rəcəbovanın ilin sonuna vədləri çoxdur. Sənətçi xanım müğənni-bəstəkar Nazim Məmmədovun yeni mahnısını lentə yazdırır. Bunun ardınca sözləri Kənan MM-ə, musiqisi Rəşad Bağırova məxsus yeni mahnı repertuara rəng qatacaq.

Bu günlərdə xalq artisti, professor Arif Babayevlə görüşən Vüsalə xanım onun tövsiyəsi ilə “Tar kamanım gəl-gəl” xalq mahnısını lentə yazdırıb. Vüsalə xanımla 8 illik işbirliyi olan Rasim Məmmədov xalq mahnısını aranjeman edib.

Yeni ilin ilk günlərində isə sənətçi anası, oğlu və sevdiyi şəxslə səyahətə çıxacaq. Gərgin iş qrafiki olan sənətçi yorğunluğunu bu şəkildə çıxaracağını dedi.

Xatırladaq ki, müğənni kliplərində onun tərəf müqabili olan Qafur bəy sevgilidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR