• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Corc Kluni həyat yoldaşını yataqda pərişan etdi – Foto

Corc Kluni həyat yoldaşını yataqda pərişan etdi – Foto

Dünya şöhrətli aktyor Corc Kluni həyat yoldaşı Amal Alamuddin ilə yataq otağında dava edib.

Davaya Amalın Corcun qidalanma rejimindən narahatçılığı səbəb olub.

İddialara görə, Amal 53 yaşlı aktyorun sağlam həyat tərzi yaşamasını istəyir və onun zərərli qidalar yeməsinə icazə vermir. Ancaq Corc Kluni xüsusilə gecə saatlarında yataqda uzanarkən cipsi, çərəz yeməyi çox sevir və bu vərdişindən əl çəkmək istəmir.

Corcun yağlı, xərçəngə səbəb olan maddələrlə dolu qidaları ləzzətlə yeməsi Amal Alamuddini dəhşətə gətirir. Hər zaman ideal çəkidə qalmaq üçün əlindən gələni edən Amal ərinin bu qədər pis qidalanması ilə razılaşa bilmir.

Bütün bunlara baxmayaraq, yataqda bu vərdişini davam etdirən xarizmatik aktyor nəhayət həyat yoldaşının qəzəbinə tuş gəlib. Pis vərdişindən əl çəkmək istəməyən Corc Kluninin cipsi və çərəzlərini hamam, tualet fərqi qoymadan evdəki bütün şkaflarda gizlətdiyi deyilir.

Cütlüyə yaxın olan mənbələr onların evliliyinin məhz bu səbəbdən bitə biləcəyini vurğulayırlar.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR