Bədənə gül qoxusu verən konfet istehsal olundu - Fotolar
Bizi izləyin

Tabloid.az

Bədənə gül qoxusu verən konfet istehsal olundu - Fotolar

Bolqaristanda fəaliyyət göstərən “Alpi” adlı konfet istehsalı ilə məşğul olan firma yeni icadı müştərilərini təəccübləndirib.

Bolqaristanda fəaliyyət göstərən “Alpi” adlı konfet istehsalı ilə məşğul olan firma yeni icadı müştərilərini təəccübləndirib. "Deo Parfum Candy" adlı konfet formasındakı antiperspirantı satışa çıxaran şirkət məhsulunun çox satılacağına inanır.

Konfetdən hazırlanmış bu antipersparantı yedikdə bədəndəki pis qoxular aradan qalxır və bu qida bədəndən gül qoxusunun yayılmasını təmin edir. Məhsulun normal şərtlərdə öz təsirini 6 saat saxlaya bildiyi deyilir.

Ancaq istifadəçinin boy və çəkisi məhsulun qalıcılığına təsirsiz ötüşmür. Bu antiperspirant kök və uzun boylu insanların tər qoxusu problemini 4 saatlığına həll edə bilir.

Qeyd edək ki, antiperspirantın kişilər üçün nəzərdə tutulan versiyası gül əvəzinə lavanda qoxusu verir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm