Qeyri-adi şam ağacını necə hazırlayaq? - Fotolar
Bizi izləyin

Tabloid.az

Qeyri-adi şam ağacını necə hazırlayaq? - Fotolar

Yeni il – kreativliyimizi və özümüzü fərqli cəhətdən nümayiş etdirmək üçün əla səbəbdir.

Yeni il – kreativliyimizi və özümüzü fərqli cəhətdən nümayiş etdirmək üçün əla səbəbdir. Yeni ilin gəlişinə həftələr qalmış tabloid.az oxucuları üçün bir neçə maraqlı ideyalar təqdim edir. Siz öz əllərinizlə Yeni ilin əsas simvolu olan – şam ağacını hazırlaya bilərsiniz. Bununla da evinizə gələn bütün qonaqları təəccübləndirə bilərsiniz.

Bəlkə kimsə deyəcək ki, tikanı olmadan nə şam ağacı? Haqlısınız, amma biz əminik ki, kitablardan, şalvarlardan, ştativlərdən də şam ağacını hazırlamaq mümkündür. Həmçinin onları hazırlamaq daha maraqlı və əyləncəlidir. İstər tək, istərsə də ailə ilə birlikdə. Beləliklə, başlayaq!

Kağız və boşqablardan olan şam ağacı

Bunun üçün ilk növbədə inşaat malları satılan mağazaya getmək lazımdır. Orada böyük ölçülü ağ faner taxta almaq gərəkdir. Elə həmin mağazada aldığınız taxta layını şam ağacı formasında kəsdirə bilərsiniz. Bundan sonra isə evdə həmin faner taxtanı ağ boya ilə rəngləyin. Super yapışqanla müxtəlif bəzəyi olan boşqabları kəsilən ağacın üzərinə yapışdırmaqla kreativ şam ağacı düzəltmiş olacaqsınız.

Şlanqlardan, oyuncaqlardan, sim və məftillərdən hazırlanmış şam ağacı

Доброго всем утра. Тяжко вставать зимой по утрам и вид подушек на новогодней елке как то становится роднее))), но ничего, сегодня #ПЯТНИЦА , а значит впереди #ВЫХОДНЫЕ и возможность у всех отоспаться))) а сейчас #ВСЕМУДАЧНОГОДНЯ !!!

Доброе утро!!! #ПОНЕДЕЛЬНИК

#елка#новогодниеигрушки#подарки#новыйгод#2015#рождество#игрушкинаелку#заготовкидлядекупажа#декупаж#творчество#длядетей#вналичии#назаказ#барнаул#новосибирск

#изфетра #фетр #фетроваяигрушка #feltcraft #felt #kee #новогодниеигрушки #наелку #игрушкинаелку #елочныеигрушки #новогодний_адвент_alinaland ##handmade #назаказ #новыйгод #новыйгод2015 #anutaozgun_toys

Lazımsız əşyaları tullamağı sevməyənlərə və uşaqlıq oyuncaqlarını indiyədək saxlayanlara şad xəbərimiz var. Onlardan da şam ağacı düzəltmək mümkündür. Bu sizin ilk dizayner işiniz olmaqla evinizin interyerində fərqlilik yarada bilər.

Kitablardan hazırlanmış şam ağacı

Burada hər şey çox sadədir: Müxtəlif ölçülü kitabları şam ağacı formasında yığırıq və üstünü çiçək hörüyü, hörük şəkilli naxışla bəzəyirik. Belə şam ağacını hazırlayarkən, əsas diqqət edəcəyiniz məqam onu nəzarətsiz qoymamaq və yanğın, təhlükəsizlik qaydalarına riayət etməkdir.

Qurumuş ağac köklərindən hazırlanmış şam ağacı

Bunu hazırlamaq üçün evinizə yaxın parkda gəzmək kifayətdir. Orada müxtəlif ölçülü qurumuş ağac kötükləri və ya budaqları tapmaq çox asandır. Onların üstünü təmizləyərək şam ağacı formasında divara bərkitmək kifayət edir. Sonrada üstünü müxtəlif işıqlarla bəzəmək Sizin zövqünüzdən asılıdır.

Makaron və qəhvədən hazırlanmış şam ağacı

Bunun üçün Sizə konusvari bir əşya lazımdır. Bu hətta kartondan hazırlanmış papaq da ola bilər. Daha sonra makaron və ya qəhvəni super yapışqan ilə onun üzərinə yapışdırmaq lazımdır. Nəzərə alın ki, qəhvədən hazırlanmış şam ağacı Yeni il gecəsi evinizə xoş ətir verməklə yanaşı əhvalınızı da yüksəltməyi bacaracaq.

Balıqqulaqlarından şam ağacı

Yəqin ki, bir çoxunuz yayda istirahət edərkən və ya səyahətdə olarkən çoxlu balıqqulaqları yığmısınız. Bax elə onlardan istifadə etməyin vaxtı çatıb. Hazırlanma qaydası makaron və qəhvədən hazırlandığı kimidir.

Xatirələrdən hazırlanmış şam ağacı

Belə şam ağacı köhnə şəkillərə bir daha baxmaq üçün ən yaxşı məqamdır. Köhnə hədiyyələrdən də istifadə etməklə maraq kompozisiya yaratmaq olar. Onları sadəcə şam ağacı şəklində divara bərkitmək gərəkdir.

Ştativdən olan şam ağacı

Əgər Siz fotoqraf ya da video operatorsunuzsa, demək ki, evinizdə mütləq ştativ var. Yeni ildə ştativinizi tək qoymayın. Onun ayaqlarına müxtəlif lent və Yeni il oyuncaqları asmaqla evin interyerində fərqlilik etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm