• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İlan dərisindən çanta belə hazırlanır - Şok fotolar

İlan dərisindən çanta belə hazırlanır - Şok fotolar

İndoneziyada bir fermada yetişdirilən ilanlar böyüyəndə dərilərini əldə etmək üçün qətlə yetirilir. Buradakı sallaqxanalarda başları kəsilən ilanların dəriləri banan qabığı kimi soyulandan sonra qurudulur. Bu amansızcasına prosesdə dəri işləndikdən sonra paltar, ayaqqabı, çanta və kəmər hazırlamaq üçün moda evlərinə göndərilir. Moda evləri isə onlardan müxtəlif aksessuar düzəltdikdən sonra mağazalara satışa göndərilir.

Kobra kimi də tanınan Vakira İndoneziyanın Mərkəzi Yava bölgəsindəki ilan sallaqxanasının sahibkarıdır. Bu sallaqxanada əldə edilən ilan dəriləri, ayaqqabı, çanta, ya da aksessuar istehsal edən firmalara satılır. Vakiranın sallaqxanasında təxminən 15 milyon rupiah (təxminən 1400 manat) qazanan 10 nəfər çalışır.

Fermalarda ilanların əvvəl başlarına bıçağın sapı ilə vurularaq bayıldılır. Daha sonra da ağızlarına soxulan xortumlarla su ilə doldurulub şişirdilir. On dəqiqə bu şəkildə saxlanılan ilanın boşalan dərisi daha sonra əllə soyulur.

Tabloid.az Türkiyə mətbuatına istinadən ilan dərisindən çantanın necə hazırlanmasına dair fotolarını təqdim edir:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR