Mətanət vəd verdi - Video
Bizi izləyin

Tabloid.az

Mətanət vəd verdi - Video

"Danışmayacam"dan sonra 2 klip var

Əməkdar artist Mətanət İsgəndərli növbəti klipini sevənlərinin ixtiyarına verib. Müğənni Tabloid.az-a eksklüziv açıqlamasında bildirib ki, "Danışmayacam" mahnısına çəkdirdiyi klip 1 illik müzakirənin nəticəsində ortaya çıxıb: “Kliplə bağlı fikir çoxdan vardı. Lakin müxtəlif səbəblərdən reallaşdıra bilmirdik. Qismət indiyə imiş. Düzü təqdimatını keçirib-keçirməmək məsələsində də xeyli düşündüm. Ancaq yaxşı ki, elədik. Nəticədən çox razıyam”.

Musiqisi Ruslan Səfəroğlu, sözləri Tağı Sadiqə məxsus olan bəstəyə çəkilmiş klipin rejissoru Ceyhun Kərimovdur. M.İsgəndərli istər aktyor işini, istərsə də, çəkiliş heyətinin işini bəyəndiyini və gələcəkdə əməkdaşlığın davam edəcəyi ehtimalını istisna etməyib.

Tabloid.az-a açıqlamasında müğənni gələn ilki planlarından da danışıb: “Üzərində işlədiyim mahnılar var. 2 yeni mahnımı Yeni illə bağlı çəkilən bayram verilişlərində oxuyacağam. Lakin 2 mahnımı kliplə birgə sevənlərimin ixtiyarına verməyi düşünürəm. Düzdür, bir az səbirsizəm. Çox demişəm ki, kliplə birgə təqdim edəcəyəm, ancaq sonradan səbrim çatmayıb, mahnını klipsiz təqdim eləmişəm. Mahnı seviləndən sonra isə klipə ehtiyac görməmişəm. Əsas odur ki, gələn il üçün hələlik nəzərdə tutduğum 2 klip var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm