Məşhurlarımızın xasiyyəti haqqında bilinməyənlər - Fotolar
Bizi izləyin

Tabloid.az

Məşhurlarımızın xasiyyəti haqqında bilinməyənlər - Fotolar

Müğənnilər, tanınmış insanlar hansı bürcdəndir və öz bürcünün hansı özəlliklərinə sahibdir? Bunlar çoxları üçün maraqlıdır.

Müğənnilər, tanınmış insanlar hansı bürcdəndir və öz bürcünün hansı özəlliklərinə sahibdir? Bunlar çoxları üçün maraqlıdır. Ötəri həvəs olsa belə, elə bir adam yoxdur ki, doğulduğu ilin hansı heyvan üstündə təhvil olması, hansı bürc altında dünyaya gəlməsi ilə maraqlanmasın. Bir çoxları üçün isə astrologiya həyat tərzidir: Dost-tanışını, hətta sevgili-cananı seçəndə, qapı qonşusu, ya da iş yerindəki rəhbəri ilə münasibətini tənzimləyəndə də ulduzların düzümünü nəzərə alır...

Bəs, tanınmışlar – müğənnilər, aktyorlar öz bürclərinin hansı xüsusiyyətlərinə sahibdirlər? Tabloid.az bunu araşdırıb.

Siçan kimi çalışqanam...

Xalq artisti Mənsum İbrahimov Siçan ili, Tərəzi bürcü altında dünyaya gəlib. Siçan kimi çalışqan və zəhmətkeş olduğunu deyən xalq artisti bürcündən də ədalətliliyi alıb.

İlindən və bürcündən aldığı xüsusiyyətlərlə də zirvəyə yüksəlib: “Çalışqanlıq və ədalət insana hər zaman uğur qazandırır. Əsas odur ki, səbirli olasan. Onda insan əzmkarlığın və ədalətli olmağın nəticəsini mütləq görür”.

“Münasibətlərdə səhvə yol verirəm”

Xalq artisti Nəzakət Teymurova da Siçan ilinin zəhməti ilə yüksələn nümayəndələrindəndir. Ancaq Nəzakət xanım ili ilə deyil, daha çox bürcü ilə maraqlanır: “Xərçəng bürcü altında doğulmuşam. Daha çox bürcümlə maraqlanıram. Xərçənglər emosionallıqları və həssaslıqları ilə tanınırlar. Ətrafındakı hər insandan da eyni həssaslığı gözləyirlər. Sadəlövh deyiləm, ancaq insanları özüm kimi qəbul edirəm. Ona görə də qarşılıqlı münasibətlərdə səhvə yol verirəm. Hər şeyi də üzə vurmuram. Bu da mənim özümə ziyan vurur”.

Müğənni il dəyişəndə həmişə bürcü üçün yeni ilin uğurlu olub-olmayacağı ilə də maraqlandığını etiraf edir: “Növbəti il üçün hələ maraqlanmamışam. Amma At ili məni qane eləmədi. Düzdür, Türkiyədə konsertlərim oldu, ölkəmizdə də xeyli iş gördük. Ancaq köhnə il mənim üçün qaneedici deyil”.

“Dovşan, yoxsa Aslan?“

Müğənni Afaq Aslan ilinin yox, adını ləqəb götürdüyü heyvanın özəlliklərini daşıyır. Müğənni Afaq Aslan Dovşan ili Qız bürcünün nümayəndəsidir. Ancaq müğənni ilinin təhvil olunduğu heyvana deyil, ləqəb götürdüyü heyvana aid özəlliklərinin daha çox olduğunu vurğuladı. Buna baxmayaraq, dovşandan da əlamət daşıyır: “Dovşan ilində doğulmuşam. Dovşan kimi sakit, mülayiməm. İntriqaçı deyiləm”.

Maraqlıdır, Afaq xanım intriqaçı bir heyvan işarəsi altında doğulsaydı, necə olardı? Afaq Aslan deyir ki, onu məcbur eləməsələr heç bir qalmaqalda adı hallanmaz: “İntriqaların episentrində olmağım mənim günahım deyil. Məni məcbur eləməsələr, heç kəslə işim olmaz. 1 dəfə susaram, 2 dəfə susaram, ancaq axırda elə cavab verirəm ki, mənə toxunmalarına peşman olurlar. 2 nəfərlə qalmaqal yaşadığımın şahidi olmuşunuz. Gördüyünüz kimi, hər ikisini məni tanıdıqlarına peşman eləmişəm”.

Doğulduğu bürc barədə də ağızdolusu danışan müğənninin fikrincə, o, əsl Qızdır: “Bürcümlə bağlı kitablardan oxumuşam ki, yeganə qadın bürcü olan Qız qadınlara aid ən müsbət keyfiyyətləri özündə cəmləşdirib. Mən də əsl Qızam. Qadınlara aid bütün müsbət keyfiyyətlər məndə var”.

Lakin Afaq Aslanın Qıza aid olmayan xüsusiyyəti də var və bu, onun heç xoşuna gəlmir. Özünü qadın-kişi münasibətlərində sadiq və anlayışlı bir partnyor olan Qızların bu xüsusiyyətinin əksinə olaraq, Afaq Aslan dəhşətli dərəcədə qısqancdır: “Çox qısqancam. Bu xüsusiyyətimi dəyişmək istərdim. Amma xasiyyəti dəyişmək olmur”.

“Vəziyyət imkan vedikcə, irəliləyirəm”

Aktyor Fərda Qədirov Şir bürcü, Qoyun ilindəndir.

İlinin və bürcünün bütün əlamətlərini götürüb: “2-3 faiz istisna ilə həm Qoyun ilinin, həm də Şir bürcünün xüsusiyyətlərini götürmüşəm. Mən də öndə olmaq istəyirəm və bunun üçün mübarizə aparıram. Təbii ki, bacarığım və bir də şərait imkan verdiyi səviyyədə mübarizədən söhbət gedir. Durum nə qədər imkan versə, o qədər irəliləyirəm. Özüm də dostcanlıyam”.

“Mən də fədakaram”

Mətanət İsgəndərli Pişik ili, xərçəng bürcündəndir. Deyir ki, xərçəng bürcü su ünsürlü olduğu üçün o da təbiətcə sakitdir: “Heç qalmaqalda işim olmaz. Başımı sallayıb işimi görürəm. Xərçəng bürcü qadını xüsusilə evinə, ailəsinə, vərdişlərinə və ənənələrinə çox bağlıdır. Ev mühitini və evlə əlaqədar hər şeyi çox sevir. İdeal analar bu bürcdən çıxar. Mən də fədakaram. Həm övlad, həm valideyn, həm bacı kimi əzizlərimdən heç nə əsirgəmərəm. Həssas və mərhəmətliyəm. Vətənpərvərəm. Əlimdən hər şey gəlir. Bu Xərçəngdən götürdüyüm xüsusiyyətlərdir. Xərçənglər musiqiyə maraqlıdırlar. Yəqin bu istedadım da bürcümdən irəli gəlir”.

Mətanət xanımın sözlərinə görə, Pişik qadınların gözəl danışıq qabiliyyətləri var, istedadli və təmizlik sevərdirlər, ciddi, dözümlüdürlər. Sevdiyi insanlara bağlı olurlar: “Ancaq Pişiyin bir tərs üzü də var. Yaman üz cırmaqlamaq bilirlər. Gərək onları buna məcbur eləməsinlər. Ötən il mənim bu xüsusiyyətimi görənlər oldu və əminəm ki dərslərini aldılar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm