Xroniki qış yorğunluğunu bu yolla dəf edin
Bizi izləyin

Tabloid.az

Xroniki qış yorğunluğunu bu yolla dəf edin

Xroniki qış yorğunluğunu bu yolla dəf edin

Orqanizmdə fizioloji proseslərin fəaliyyətinin pozulması ilə yaranan yorğunluq gərgin iş vəziyyətlərində daha şiddətli şəkildə inkişaf edir. Bu da iş qabiliyyətinin azalmasına səbəb olur. Çox ağır fiziki yorğunluq isə zehni və fiziki fəaliyyəti aşağı salır. Dünyada həkimlər arasında aparılan araşdırmalar da göstərir ki, yorğunluq xəstəliyi əsrin xəstəlikləri siyahısındadır.

Altı aydan çox davam edən yorğunluq şikayətlərinə ciddi yanaşmamaq isə qış dövründə xroniki yorğunluğa səbəb olur. Bu sindromdan xilas olmaq üçün yalnız həkim deyil, adamın özü də səy göstərməlidir.

Enerji itkisinə səbəb olan bu xəstəliyi idmanla məşğul olaraq da dəf etmək olar. Yorğunluğun əlamətlərinə əzələlərdə ağrı, ümumi zəiflik, öz işini yerinə yetirmək istəyinin olmaması və hətta insanın davranışında əmələ gələn müəyyən dəyişikliklər aiddir. Əsəbilik, məyusluq və ya süstlük kimi əlamətlər də əmək fəaliyyətinə təsir edir.

İş zamanı yorğunluq əlamətləri hiss olunduqda az da olsa, istirahət etmək lazımdır. Hərdən gərginliyi aradan qaldırmaq üçün pəncərəni açmaq, bir neçə dəfə dərindən nəfəs almaq faydalıdır. Bu, həm də böyük diqqət tələb edən zehni işlərə aiddir. Elmi tədqiqatlar göstərir ki, bu cür istirahət əmək məhsuldarlığına müsbət təsir göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm