Qarın piylərini əritmə üsulları
Bizi izləyin

Tabloid.az

Qarın piylərini əritmə üsulları

Qarın piylərini əritmə üsulları

Qarın bölgəsində yığılan yağlardan xilas olmaq təkcə xarici görünüşümüz üçün deyil, eyni zamanda səhhətimiz üçün də son dərəcə mühümdür. Bu hissədə toplanan yağlar əsasən pis təsirli xolesterinin yüksəlməsinə səbəb olur. Qandakı pis xolesterin artdıqca qan şəkərinə nəzarət də çətinləşir və şəkər xəstəliyinin yaranmasına səbəb olur. Yəni, qarın yağlarını yalnız formada olmaq üçün deyil, daha sağlam olmaq üçün də əritməliyik.

Mütəxəssislər kişilərdə rast gəlinən qarın yağlanmasının qadınlara nisbətən daha təhlükəli olduğunu qeyd edirlər. Çünki kişilərdə görülən arterial xəstəliklərin sayı daha çoxdur. Həm də kişilərdə qarın bölgəsi yağlanması qadınlara görə daha erkən yaşlarda başlayır və ürək-damar xəstəliklərindən başqa, 60 yaşından sonra daha çox riskli olur.

Qadınlarda isə daha çox bel bölgəsinin aşağısında qalan bud hissəsi yağlanır. Bu bölgədəki yağlanma bəlkə ürək və damar xəstəlikləri üçün böyük bir risk yaratmır, ancaq bu piylənmənin tamamilə zərərsiz olduğu anlamına gəlmir. Bel hissəsindən yağlanan qadınların müxtəlif xəstəliklərə yaxalanma faizinin statistikası isə heç ürəkaçan deyil. Məsələn, bel bölgəsində çox yağ olan qadınlar digər qadınlara nisbətən 5 qat daha çox ürək xəstəliyi riski ilə qarşı-qarşıya qalırlar. Bu bölgədəki yağlanma sinə xərçəngi riskini 30 faiz, öd kisəsi daşı riskini 50 faiz artırır. Bundan başqa, qarınlı qadınların hamilə qalma nisbətinin aşağı olduğu da araşdırmalarda öz təsdiqini tapıb.

Qarın əritmə üsulları hansılardır?

Bu artıq yağlar niyə qarın bölgəsində yığılıb qalır və bədənin digər hissələrinə yayılmır? Bu sualın cavabı olduqca sadədir: Artıq çəkinin bədənin ortasında (qarın, bud, bel bölgəsi) yığılmasının səbəbi orqanizmin tarazlığı pozmaq istəməməsi və bu yağların daşınmasında bizə asanlıq təmin etməsidir. Bədənimiz bu yağları ac olanda ehtiyat daşıması üçün asan yerlərdə toplanır. Beləlikdə də yağlar ətrafa bərabər paylanır.

Qarın əritmə üsullarına gəldikdə isə tək qarın əritmə üsulu yoxdur. Qarnın əriməsi üçün kompleks yanaşmaya ehtiyac var və bunda israrlı olmaq lazımdır. Məsələn, sağlam qidalanma proqramına əməl etməsəniz, istədiyiniz qədər kardio məşqi edin, ya da idman edin qarın bölgəsində olan yağlardan xilas olmağınız mümkün deyil. Və ya əksinə, istədiyiniz qədər az kalori sərf edin, nizamlı olaraq idman etməsəniz, bu hissədə toplanan yağlardan xilas ola bilməyəcəksiniz.

Kalorini nəzarət altında saxlayın

Qarın yağlarından xilas olmaq üçün ilk olaraq gün ərzində nə yediyinizə və içdiyiniz diqqət edin. Əgər gün ərzində qidalardan aldığınız enerji, sərf etdiyiniz enerjidən çox olarsa, bu artıq kalori sizə yağ olaraq geri qayıdacaqdır. Aldığınız kalori sərf etdiyiniz kaloridən az olarsa və bunu müntəzəm olaraq etsəniz, yağ saxlayan orqanizminiz enerji üçün ehtiyat yağları istifadə etməyə başlayacaq.

Təkcə qarın bölgəsini əritməyin

Arıqlayanda bütün bədəninizi nəzərə alın. Diqqəti təkcə qarın bölgəsinə yönəltmək bu bölgədəki yağların çətin əriməsindən dolayı əzminizi sındıra bilər. Arıqlamaq istəyəndə bütün bədəni nəzərə alın və ümumiyyətlə, necə gördüyünüzə və nə qədər arıqladığınıza diqqət yetirin.

Kişilərin daha çox səy göstərməsi lazımdır

Əgər kişisinizsə, qarın yağları sizi ən sonda tərk edəcək. Kişilər əvvəl üz, qol, ayaq və döş hissəsindən arıqlayırlar. İnadkar olsanız, o zaman növbə qarın bölgəsinə də gələcəkdir.

Məşq etməlisiniz

Nə etsəniz edin! İstəyirsinizsə, yediklərinizi azaldın, istəsəniz yalnız salat yeyin, lakin yadda saxlayın ki, nizamlı məşq etmədən düz qarın əldə etmək haradasa qeyri-mümkündür. Bundan başqa, məşqi mütəmadi olaraq etməlisiniz. Bir həftə 5 gün, digər həftə 1 gün idman etmək heç bir işə yaramır. Əlbəttə, indi çölə çıxıb 10 kilometr qaçın demirəm, amma həftədə 4-5 gün, 45 dəqiqə yaxşıca tərləyə biləcəyiniz, nəbzinizi yüksələcəyi məşq proqramına əməl etməlisiniz. Vaxtınız məhduddursa, getməyiniz lazım olan yerlərə templi yerişlə gedin, pilləkənlə çıxın və mümkün olan hər an hərəkət edin. İdman zalına gedəcək büdcəniz və vaxtınız yoxdursa, özünüzə addım ölçən alın və gündə ən az 10.000 addım atmağa çalışın.

Qarın əritməyin asan üsulu yoxdur

Bukinistlərdə “qarın əritmə üsulları” başlığı altında onlarla kitab, apteklərdə “qarnınız asanlıqla ərisin” şüarı altında satılan bir çox dərman tapa bilərsiniz. Bu tip nəşrlər bəlkə sizi motivasiya edə bilər, ancaq qarından xilas olmaq istəyirsinizsə, mütləq hərəkət etməli və daha az kalori istehlak etməlisiniz. Yəni, qarın əritmək üçün sehrli formul, kitab, dərman və ya bitki təəssüf ki, yoxdur.

Yuxu mütləq müntəzəm olmalıdır

Lazım gəldiyindən az yatsanız, gün ərzində azalan enerjini bərpa etmək üçün daha çox yemək məcburiyyətində qalarsınız. Bu şüurlu edilən bir hərəkət deyil, sizi buna bədəniniz istiqamətləndirir. Qarın əritmək və ümumiyyətlə, arıqlamaq üçün yaxşı yatmalısınız.

Klassik məsləhət: Səhər yeməyi çox əhəmiyyətlidir

Şablon olduğunu qəbul edirəm, ancaq şablon olmasının ciddi səbəbləri də var. Zülal baxımından zəngin səhər yeməyi gün ərzində daha çox yağ yandırmağa köməkçi olur. Əgər səhər yeməyini yeməsəniz, metabolizm yuxudan oyanmır və nahara qədər yavaş tempdə çalışır. Bu da daha çox kalori yandırmağa mane olur. Həmçinin səhər yeməyi yemədiyiniz üçün günorta lazım olandan çox yemək yeməyiniz böyük ehtimaldır. Onun üçün səhər yeməyini vaxtında yeyin və zülalla zəngin (yumurta, pendir, tərəvəz, meyvə) səhər yeməyi ilə günə daha enerjili başlayın.

Cərrahi metodlar

Daha sağlam qidalanma proqramı və nizamlı məşqlə arıqlamaq hər bir mütəxəssisin ilk tövsiyəsidir. Məncə də belə arıqlamaq daha təsirlidir. Ancaq bəzi hallarda artıq çəki insanın ümumi sağlamlığını təhdid edən həddə çata bilər. Belə vəziyyətlərdə xəstənin özü arıqlaya bilmirsə və ya pəhriz saxlasa da, arıqlamaq sürəti istənilən səviyyədə deyilsə, yağları almağa və insanın daha az yeməsinə yönələn bəzi cərrahı əməliyyat variantları da var. Orqanizmin piy örtmüş bölgələrindən yağ alma prosesi olan "liposuction" – liposaksiya (yağların əməliyyat yolu ilə götürülməsi) və yemək borusunun altındakı mədənin üst hissəsinə lent taxılması olan "mədə qandalı" bu sahədə ən sıx tətbiq olunan əməliyyatlardır. Bu əməliyyatları etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin danışın və əməliyyat haqqında ətraflı məlumat əldə edin.

Nəticə olaraq

Qarın yağlarını aradan qaldırmaq üçün sehrli üsul yoxdur. Qarın yağlarından xilas olmaq və daha sağlam olmaq istəyirsinizsə, bu məsələdə qərarlı olmalısınız. Həyatınızda etdiyiniz dəyişiklikləri yalnız qarın yağlarını əritmək üçün müvəqqəti bir dövr kimi qəbul etməyin. Şüurlu qidalanmaq və daha çox hərəkətli həyat qarın yağlarından xilas olmağınızı təmin etməklə yanaşı həyat səviyyənizi də yüksəldəcək. Yuxarıda sadalananlar ömrünüzün qalan hissəsində yarana biləcək sağlamlıq problemlərinin riskini azaldan müsbət dəyişikliklərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm