Hamilə aktrisa şıq stili ilə göz qamaşdırdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Hamilə aktrisa şıq stili ilə göz qamaşdırdı - Fotolar

Hamilə aktrisa Bleyk Layvli “L'Oreal Paris”in təşkil etdiyi “Women Of Worth Celebration”adlı tədbirdə iştirak edib.

Hamilə aktrisa Bleyk Layvli “L'Oreal Paris”in təşkil etdiyi “Women Of Worth Celebration”adlı tədbirdə iştirak edib.

Nyu-Yorkun məşhur “The Pierre” otelində baş tutan tədbirə qara rəngli kürək dekolteli libasda gələn Bleyk Layvli göz qamaşdırıb.

27 yaşlı ulduz dəbli seçimi ilə hamilə qadının da seksual görünə biləcəyini sübut edib. Libasını qara rəngli səndəllə kombinə edən aktrisa açıq çəhrayı dodaq boyası çəkib və sadə makiyajı ilə fərqlənib.

Həcmli saçlarına dalğalı saç modeli verən ulduz geyimini tamamlayan metal rəngli sırğası və qolbaqları ilə gecənin ən diqqətçəkən xanımı olub.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm