Bədən qüsurlarını gizlətməyin üsulları - Fotolar
Bizi izləyin

Tabloid.az

Bədən qüsurlarını gizlətməyin üsulları - Fotolar

Bədən qüsurlarını gizlətməyin üsulları

Hamı modellər kimi olmalıdır deyə bir qayda yoxdur. Bir çox qadının bədənində bəyənmədiyi yerləri var. Onsuz da əslində dəbdə əsl əhəmiyyətli məqam model kimi olmaq deyil. Dəbin əsas qaydalarını bədən qüsurlarını ən yaxşı şəkildə gizlətmək təşkil edir.

vucut kusurlarini gizleme yontemleri 05

İndi isə güzgünün qarşısına keçin və hansı qüsurlarınızın olduğunu və haranızı gizlətmək istədiyinizi özünüzə tam etiraf edin. Sonra da özünüzə bir çay süzüb, yazımızı oxuyun.

Qarın: Ən geniş yayılmış olan bədən qüsuru qarındır. Bəlkə qarnınızda artıq yağlar yoxdur, amma yenə də o kifayət qədər düz deyil. Bu səbəblə tökülmüş geyimlərə - tuniklərə salam deyin və aşağı belli paltarlarla bütün əlaqənizi kəsin.

vucut kusurlarini gizleme yontemleri 02

Böyük omba: Tünd və sadə rənglər böyük ombanı gizlətməkdə olduqca təsirlidir. Şalvar əvəzinə paltar və ya ətəklərə üstünlük verməyiniz daha yaxşı olar. Bunların da omba hissəsində geniş, bel hissəsində daha dar dayanması vacibdir. Omba üzərində bitən pencəklərdən uzaq durun.

vucut kusurlarini gizleme yontemleri 01

Balaca sinə: Sinənizi daha böyük və cəlbedici göstərməyin yolu əlbəttə ki, geyindiyiniz büstqalterdən asılıdır. Yarım, ya da dəstəkli büstqalterlər sinəni daha böyük göstərir. Geniş V yaxalıqlı paltarlar da sinəni böyük göstərmə mövzusunda uğurludur.

vucut kusurlarini gizleme yontemleri 06

Böyük sinə: İri sinələrə sahib olduğunuz üçün dekoltedə ifrata qaçmayın. Bunun əvəzinə sinə formanızı ortaya çıxaracaq və ya kvadrat yaxalıqlı paltarlara üstünlük verə bilərsiniz. Amma böyük sinənin sizi olduğunuzdan daha kök göstərəcəyini unutmayın. Ona görə də sinə hissəsi şəkilli köynəklər geyinməkdə fayda var.

vucut kusurlarini gizleme yontemleri 03

Oxumağa davam et
Reklam
Reklam

Gündəm