İlqarə burnunu kəsdirdi - Fotolar
Bizi izləyin

Tabloid.az

İlqarə burnunu kəsdirdi - Fotolar

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə getdikcə daha da gözəlləşir. Belə getsə çox şübhəsiz ki, o, anasının gözəlliyinə kölgə salacaq.

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə getdikcə daha da gözəlləşir. Belə getsə çox şübhəsiz ki, o, anasının gözəlliyinə kölgə salacaq. Artıq çəkidən azad olduqdan daha da cazibədar olan İlqarə deyəsən burnunu da əməliyyat etdirib.

Belə ki, xalq artistinin qızının burnunu əməliyyat etdirməsi barədə sosial şəbəkədə xəbərlər yayılıb. Bu xəbərin yayılmasına səbəb isə gənc müğənninin 2 yeni şəklini paylaşması olub. Müğənnini izləyənlər İlqarənin burnunda dəyişikliyi görüblər.

Maraq üçün onu da əlavə edək ki, İlqarə təqribən 10 gün əvvəl Türkiyənin Acıbadəm xəstəxanasını olduğu əks etdirən fotonu da paylaşmışdır. Lakin fotoya heç bir şərh yazılmamışdı.

Buradan belə çıxır ki, gənc müğənni həqiqətən də İstanbula istirahətə deyil, məhz burnunu əməliyyat etdirmək üçün gedibmiş.

Xəbəri gündəmdə saxlayacağıq və İlqarənin mövqeyini öyrənəcəyik.

Tabloid.az müğənninin yeni və əvvəlki şəkillərini təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm