Kosmetik vasitələr üçün maraqlı qutular - Fotolar
Bizi izləyin

Tabloid.az

Kosmetik vasitələr üçün maraqlı qutular - Fotolar

Kosmetik vasitələr üçün maraqlı qutular

Makiyaj etməyin üsulları, yeni mövsüm makiyaj dəbi və trendləri haqqında hər gün ətraflı məlumatlar veririk. Bu gün isə xanımların həyatında mühüm rol oynayan kosmetik vasitələrin düzülüş qaydası haqqında məlumat verəcəyəm.

Makiyaj vasitələrini yerləşdirmək çox vaxt çətinlik yaradır. Bəs fırçaları necə düzmək lazımdır ki, tələsəndə heç nəyi dağıtmadan tezbazar makiyaj etmək mümkün olsun?

Tabloid.az pul xərcləmədən öz əllərinizlə hazırlaya biləcəyiniz kosmetik vasitələri yerləşdirmək üçün maraqlı qutuların fotolarını toplayıb. Bu qutuların və aksessuaların hazırlama qaydası çox sadədir. Evdə boş olan şüşələri (bu, fincan da ola bilər ) alın, içini muncuqla və ya sevdiyiniz hər hansı daşlarla doldurun. Daha sonra fırçalarını içinə qoyun.

Yaxud da şüşənin üstünə zər, muncuq və.s bəzəklər yapışdıra bilərsiniz.

Daha başqa bir variantda isə evdə lazımsız olan dördkünc qutundan düzəldə bilərsiniz. Qutunu tərsinə çevirin. Fırçaları yerləşdirmək üçün bir neçə yeri işarələyib həmin yeri kəsin. Kəsdikdən sonra dairəvi rezin, ya da dəmir keçirin. Fırçaları da həmin deşiklərə yerləşdirin.

Makiyaj həvəskarı olan hörmətli xanımlar bilirəm ki, seçdiyimiz fotolar sizin də xoşunuza gələcək və vaxtınız olan kimi ideyalardan birini seçib hazırlamağa başlayacaqsınız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm