Yeni İl gecəsinin göz qamaşdırıcı rəngləri: qırmızı və qara - Fotolar
Bizi izləyin

Tabloid.az

Yeni İl gecəsinin göz qamaşdırıcı rəngləri: qırmızı və qara - Fotolar

Yeni İl gecəsinin göz qamaşdırıcı rəngləri: qırmızı və qara

2014-cü ili yavaş-yavaş yola salır, 2015-ci ili qarşılamağa hazırlaşırıq. Yeni il gecəsi qadınların tək arzusu möhtəşəm görünmək və ulduz kimi parıldamaqdır. Bəs Yeni il gecəsini hansı paltarda qarşılamaq lazımdır?

Yeni ili həmişə getdiyiniz bar, ya da dostunuzun evində qarşılamağa hazırlaşırsınızsa, hər zamankı stilinizdən daha fərqli paltar geyinin. Bunun üçün parıltılı, biserli qısa modellərə müraciət edin. Makiyajınız da fərqli olmalıdır.

Bir gecə klubunda qarşılmağa hazırlaşırsınızsa, mütləq seksual kokteyl libasları seçməlisiniz. Bu halda qırmızı ziyafət modellərinə üstünlük verə bilərsiniz.

Restoranda axşam yeməyinə dəvət olunmusunuzsa, görkəminizə daha çox fikir verin. Zərifliyinizlə göz qamaşdırın.

Tabloid.az Yeni İl axşamı ən çox müraciət olunan qırmızı və qara rəngli paltarlara aid bir neçə nümunə seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm