Cey Lo bu pozalarla yaşlandıqca gözəlləşdiyini sübut etdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Cey Lo bu pozalarla yaşlandıqca gözəlləşdiyini sübut etdi - Fotolar

45 yaşlı cazibədar ulduz Cennifer Lopez atdığı hər addımda rəqiblərini qısqandırmağa davam edir

45 yaşlı cazibədar ulduz Cennifer Lopez atdığı hər addımla rəqiblərini qısqandırmağa davam edir. "Harpers Bazaar" jurnalı üçün fotosessiya etdirən gözəlçə yaşlandıqca daha da gözəlləşdiyini sübut edib.

Cey Lo sadəcə görüntüsü ilə deyil, maraqlı etirafları ilə də gündəmdədir.

Bu yaxınlarda təqdim etdiyi avtobioqrafik kitabında "Ana olmaq və övladlarını böyütmək dünyanın ən çətin işidir. Amma bir tərəfdən də bu iş əsl uğur və xoşbəxtlik gətirir. Ən əsası, bu işi övladlarına olan qarşılıqlı sevgi əhatə edir".

O, kitabında həyatında baş verən qəribə əhvalatlardan bəhs edib. Müğənni küçədə onu tanıyan insanlarla rastlaşdıqda yaşadığı təhlükələrdən, qorxulu anlardan da yazıb. O, həyat təcrübəsini öz oxucuları ilə səmimi şəkildə bölüşməyə çalışdığını vurğulayıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm