Röya arıqlamasa, konsertdə kim oxuyacaq?
Bizi izləyin

Tabloid.az

Röya arıqlamasa, konsertdə kim oxuyacaq?

Xəbər verdiyimiz kimi dekabrin 19-20-də Bakıda Heydər Əliyev adına Sarayında “Mən sənsiz” adlı solo konsert proqramı ilə çıxış edəcək.

Xəbər verdiyimiz kimi müğənni Röya Ayxan dekabrın 19-da və 20-də Bakıda Heydər Əliyev adına Sarayında “Mən sənsiz” adlı solo konsert proqramı ilə çıxış edəcək.

Həmişə arıq, incə görünən cazibədar müğənnimiz konsert öncəsi kökəlməyindən narahatdır. O, bu barədə sosial şəbəkədə yazıb:

“Fikir verməyin pəhrizdəyəm, başım xarab olub. Bu suallar öldürdü məni. Boyum 1.65, çəkim isə 50 idi... İndi 55 olmuşam. Konsertə qədər arıqlamasam məni gözləməyin. Yerimə Dəmir Yeşim oxuyacaq. Artıq razılaşdırmışam”.

Xatırladaq ki, Dəmir Yeşim müğənninin Türkiyədəki prodüserinin adıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm