Ən gözəl Yeni il makiyajları - Fotolar, Videolar
Bizi izləyin

Tabloid.az

Ən gözəl Yeni il makiyajları - Fotolar, Videolar

Ən gözəl Yeni il makiyajları - Foto, Video

Daha yeni bir il yaxınlaşır. Bu il ərzində yaşadığımız bütün pis günləri unutmaq və Yeni ilə xoşbəxt girmək üçün hər ilin son günü çox önəmlidir. Qohumlar, dostlar və dostlar bir süfrə ətrafında toplanır və söhbət edirik. Oyunlar oynayır, əylənir və tam 00:00-da gözəl bir ilin başlanğıcını qeyd edirik. Bəs ilin bu qədər gözəl keçməsini gözləyərkən özümüz niyə gözəl olmayaq? Yeni İli harada qeyd etməyinizdən asılı olmayaraq, hər yerə uyğun makiyajı edə və Yeni ilə mükəmməl bir şəkildə girməlisiniz.

Makiyaj təklifləri içərisində daha çox cəsarət tələb edən makiyajlar var. Siz isə özünüzə xas olan makiyajı edərək gözəlliyinizi ilin son saatlarında nümayiş etdirin...

2015 Yılbaşı Makyaj Önerileri (1)

Yeni ilində parıltıdan və qırmızıdan istifadə etməklə həmin günə uyğun olmağa və diqqətçəkici görünməyə nail ola bilərsiniz. Yalnız makiyajı edərkən geyinəcəyiniz geyimi də nəzərə almağınız lazım olduğunu unutmayın.

Çox şişirtmədən, sadəliyə qaçmaq istəyənlər üçün layner və pomada əvəzolunmaz vasitələrdir. Sadəliyi sevsəniz də, həmin gün mütləq qırmızı pomadaya üstünlük verməlisiniz. Qırmızı diqqətçəkici rəng olsa da, sadə makiyaj və geyimlə zərif obraza bürünə bilərsiniz.

2015 Yılbaşı Makyaj Önerileri (3)

2015 Yılbaşı Makyaj Önerileri (4)

Yeni ili yoldaşlarınızla evdə keçirəcəksinizsə, sadə makiyajlar etməlisiniz. Üzünüzdə ya gözləri və ya dodaqları vurğulamalısınız.

2015 Yılbaşı Makyaj Önerileri (5)

Cəsarət edib bu sarı parıltılı göz kölgəsindən istifadə edənləri ürəkdən təbrik edirəm. Güman edirəm ki, fərqlənmək üçün üçün gözəl üsuldur. Yaxşı paltarla uyğunlaşdırıldığı zaman Yeni il üçün gözəl stil yaranacaq.

2015 Yılbaşı Makyaj Önerileri (6)

Unutmayın ki, nə qədər makiyaj etsəniz də, ilin makiyaj trendlərindən olan parıltılı göz kölgələrindən istifadə etmədiyiniz təqdirdə yenə sönük qalacaqsınız. Ona görə də makiyajınızı parıltılı göz kölgələri ilə tamamladan evdən çıxmayın.

2015 Yılbaşı Makyaj Önerileri (7)

Taxma kirpiklər də baxışlarınızı daha mənalı göstərərək gözlərinizi ön plana çıxarmağa kömək edə bilər.

Tabloid.az "youtube"-dan Yeni il makiyajına aid bir neçə video seçib:

2015 Yılbaşı Makyaj Önerileri (8)

2015 Yılbaşı Makyaj Önerileri (9)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm