“Soyuq Əllər, İsti Ürək” Xeyriyyə Yarmarkası – Fotolar Açılış mərasimi
Bizi izləyin

Tabloid.az

“Soyuq Əllər, İsti Ürək” Xeyriyyə Yarmarkası – Fotolar Açılış mərasimi

“Soyuq Əllər, İsti Ürək” Xeyriyyə Yarmarkası – Fotolar Açılış mərasimi

Dekabrın 3-də Fəvvarələr Meydanında "NARGIS" Nəşriyyat Evinin təşkilatçılığı ilə "Soyuq əllər, İsti ürək" adlı Xeyriyyə Yarmarkasının açılış mərasimi baş tutub.

Tabloid.az "buro247.az"-a istinadən xəbər verir ki, tədbiri şoumen Murad Dadaşov açıb. "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanova və yarmarkanın meri Miri Yusif qonaqları salamlayaraq, möhtəşəm yarmarkaya gəldiklərinə görə təşəkkürlərini bildiriblər. Daha sonra Ülviyyə Rəhmanova yarmarkanın meri seçilən Miri Yusifə böyük açar təqdim edib. Gecədə Sevda Yahyayeva, Zamiq, Cəbrayıl Rəsulov kimi müğənnilər çıxış ediblər.

Soyuq əllər, İsti ürək

Qeyd edək ki, 2015-ci il yanvarın 4-dək davam edəcək yarmarkada paytaxt sakinlərini və qonaqları cürbəcür hədiyyələr, maraqlı şou proqram, eləcə də qış rəmzi olan əşyaların satışı üçün yeni il bazarı gözləyir. Fəvvarələr Meydanında eləcə də Yeni İlin əsas rəmzi olan 22 metr hündürlüyündə yolka quraşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm