Sidik kisəsi xərçəngindən necə qorunmaq olar?
Bizi izləyin

Tabloid.az

Sidik kisəsi xərçəngindən necə qorunmaq olar?

Sidik xərçəngi olanlar cinsi həyatda hansı problemlərlə üzləşirlər?

Sidik xərçəngindən əziyyət çəkənlər cinsi həyatda hansı problemlərlə üzləşirlər? Sidik kisəsi əməliyyatla götürüldükdən sonra xəstə həyatına necə davam etməlidir? Sidik kisəsi xərçənginə yaxalanmamaq üçün nə etmək lazımdır? Tabloid.az bu suallara cavab verəcək maraqlı müsahibə təqdim edir. Bu sualların cavabları sizin üçün maraqlıdırsa, türkiyəli məşhur üroloq Kadir Önemin sidik xərçəngi xərçəngi ilə bağlı dediklərini mütləq oxuyun!

- Sidik kisəsi xərçənginə görə orqan götürüldükdə cinsəl həyat bitirmi?

- Son illərdə cərrahi əməliyyatlar cinsəlliyi qoruyacaq tərzdə aparılır. Amma bu, hamıya tətbiq edilmir. Kişilərin çox azında sidik kisəsi çıxarıldıqda prostatı və sinirləri qoruyub saxlamaq olur. Belə kişilər erreksiya olur və orqazm zamanı problem yaşamırlar. Ancaq 90 faiz xəstədə sidik kisəsi götürülərkən cisnsəlliyi qorumaq olmur. Çünki bu təqdirdə xərçəng başqa orqanlara da sıçraya bilər.

Qadın xəstələrin isə demək olar ki, hamısı sidik kisəsi götürüldükdən sonra da normal seks həyatlarına davam edə bilirlər.

- Sidik kisəsi götürülən xəstə həyatına necə davam etməlidir?

- Sidik kisəsinin götürülməsi və sidiyin başqa bir kanaldan xaricə atılması xəstə üçün olduqca qəribə təcrübədir.

Xəstə normal həyatına qayıtsa belə həmişə həkim nəzarində olmalıdır. Belə ki, əməliyyat zamanı sidik kisəsi ilə yanaşı xərçəngin təkrarlaması riski olan böyrəklərdəki sidik kanalları, sidik yolundakı riskli hüceyrələr götürülsə, xəstə tez-tez sidik analizi verməli və endoskopiya etdirməlidir. Həmçinin, xəstə siqareti tərgitməklə yanaşı, siqaret çəkilən məkanlardan da uzaq durmalı, sidikdə qan görərsə, dərhal həkimə müraciət etməlidir.

Sidik kisəsi götürüldüyü üçün sidik xaricə bağırsaq vasitəsilə atılır. Bağırsaqlar sidiklə təmasa keçdiyi üçün bədənin bu vəziyyətə öyrəşməsi bir az vaxt alır.

Orqanizmin öz turşuluq balansı var. Bu əməliyyatdan sonra bu balans pozulur. Balansın qorunması üçün xəstəyə müxtəlif dərmanlar verilir. Nadir hallarda yeni sidik yolu üçün istifadə olunan bağırsaqlarda xərçəng yarana bilir. Bunun qarşısını almaq üçün daim həkim nəzarətində olmaq lazımdır.

Sidiyi atmaq üçün bağırsaqdan istifadə etdikdə orqanizmdə bəzi vitaminlərin çatışmazlığı müşahidə edilə bilər. Sidik kisəsi xərçəngi daha çox yaşlı insanlarda müşahidə olnur. Ona görə də yaşlıların qidalanma rejimlərinə diqqət etmələri çox önəmlidir. Xəstəyə çox vaxt əlavə vitaminlər qəbul etmək məsləhət görülür.

- Sidik kisəsi xərçəngindən qorunmaq üçün nə etmək lazımdır?

- Bu xəstəliyə yaxalananların çoxu siqaret çəkənlərdir. Əminliklə deyə bilərik ki, sadəcə siqaret çəkməyərək sidik kisəsi xərçəngi riskini 50 faiz azalda bilərsiniz. Xərçəngə yaxalanıb əməliyyatla ondan xilas olanlar da siqaretdən uzaq durmaldırılar. Bu, xəstəliyin təkrarlamaması üçün çox önəmlidir.

Meyvə və tərəvəzlərin tərkibində olan vitaminlərin də sidik xərçənginə qarşı orqanizmi qoruduqları məlumdur. Xolesterol mənbəyi olan qidalardan uzaq durmaq vacibdir. Bol miqdarda su içmək də sizi bu xəstəlikdən qoruyacaq amillərdəndir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm