Siqareti tərgitdikdən sonra bədəndə nələr baş verir? - Fotolar
Bizi izləyin

Tabloid.az

Siqareti tərgitdikdən sonra bədəndə nələr baş verir? - Fotolar

Siqareti tərgitdikdən sonra bədəndə nələr baş verir? - Fotolar

Siqaretinin zərərləri illərdir ki, aktual mövzulardan biridir və mətbuatda hər gün yazılır. İnsan bədəninə verdiyi psixoloji təsirləri, tərkibində olan zəhərlər haqqında hər gün danışılır. Avstraliyada keçirilən kampaniya üçün açılan internet saytında siqareti buraxdıqdan sonra bədəndə nə kimi dəyişikliklər olduğu izlənilib. Tabloid.az siqareti tərgitdikdən sonra bədəndə nələr baş verdiyini bu cür sıralayıb:

6 saat sonra

Ürək döyüntüləri ləngiyir və qan təzyiqiniz düşür.

1 gün sonra

Demək olar ki, bütün nikotin qanınızdan atılır.

Qandakı karbon turşusu səviyyəsi aşağı düşür və oksigen əzələlərə və ürəyə daha rahat çatır.

Barmaq uclarındakı temperatur artır və əlləriniz daha az titrəyir.

Bir həftə ərzində

Dad və qoxu bilmə duyğunuz inkişaf edir.

Ciyərlərinizin normal təmizləmə sistemi təmirə başlayır, bədəndəki qatran selikli qişa ilə çölə atılır.

Qan dəyərləri və C vitamini kimi qoruyucu antioksidantlar yüksəlir.

2 ay ərzində

Xırıltı və öskürək azalır.

İmmunitet sisteminiz güclənir və beləliklə bakteriyalarla daha yaxşı mübarizə apara bilirsiniz.

Qanınız daha az yapışqan olur, həmçinin əl və ayaqlarınızda qan dövranı güclənir.

6 ay ərzində

Ağciyərləriniz daha yaxşı işləyir, daha az bəlğəm istehsal edir.

Özünüzü daha az stressli hiss edirsiniz.

1 il sonra

Daha rahat nəfəs alırsınız və ağciyərləriniz daha sağlam olur.

2 ilə 5 il ərzində

İnfarkt təhlükəsi zamanla azalır.

Qadınlarda beş il ərzində uşaqlıq xərçəngi riski heç siqaret çəkməyən bir qadınla eyni səviyyəyə enir.

10 il sonra

Ağciyər xərçəng təhlükəsi azalır.

15 il sonra

İnfarkt riski və təhlükəniz heç siqaret çəkməmiş biri ilə demək olar ki, eyni səviyyədə olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm