Elnarənin klipi Türkiyə mətbuatını qarışdırdı - Video
Bizi izləyin

Tabloid.az

Elnarənin klipi Türkiyə mətbuatını qarışdırdı - Video

Müğənni Elnarənin Türkiyənin “Pop star” yarışmasının iştirakçısı Barış Kömürcüoğlu ilə birlikdə çəkdirdiyi “Dayan” klipinin təqdimatı Türkiyə mətbuatında əks-səda doğurub.

Müğənni Elnarənin Türkiyənin “Pop star” yarışmasının iştirakçısı Barış Kömürcüoğlu ilə birlikdə çəkdirdiyi “Dayan” klipinin təqdimatı Türkiyə mətbuatında əks-səda doğurub.

Tabloid.az xəbər verir ki, Türkiyə mətbuatının diqqətini çəkən sözləri və musiqisi Günel Sərdarqızının olan və türkiyəli rejissor Mustafa Sarıkayanın çəkdiyi klipin təqdimatında türkiyəli ifaçının iştirak etməməsi olub. Məsələn, “Haberalsuz.com” saytında yer alan “Barış Kömürcüoğlu klip təqdimatına getmədi” başlıqlı yazıda müğənni Elnarə Xəlilovanın türk məsləkdaşı Barış Kömürçüoğlunun tədbirə qatılmamasını şəxsi səbəblərlə əlaqələndirdiyi yazılıb: "Bildiyiniz kimi, bu təqdimat əslində noyabrın 27-də keçirilməli idi. Ancaq təqdimatın keçirilməsi üçün nəzərdə tutulan yerdə başqa bir tədbir olduğundan biz yer və vaxtı dəyişməli olduq. Barışın Bakıya gəlməsi üçün biletlər belə alınmışdı. Ancaq bu gün Barışın Türkiyədə başqa özəl işləri vardı deyə, gələ bilmədi. Buna baxmayaraq, klipimiz gözəl alınıb. Məncə, bu ekran əsəri hər kəsin xoşuna gələcək".

Yazıda klip barədə məlumat da verilir: “Klip İstanbulda Rumeli Fənər Qalasında, Galatada çəkilib. E.Xəlilova bundan öncə üç klipini Türkiyədə çəkib”.

Tabloid.az klipi təqdim edib:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm