Bədən quruluşunuza uyğun ayaqqabı modelini tapın! - Fotolar
Bizi izləyin

Tabloid.az

Bədən quruluşunuza uyğun ayaqqabı modelini tapın! - Fotolar

Hündürdaban ayaqqabı bütün xanımlara cazibədarlıq bəxş etməyə qadirdir. Ancaq hər hündürdaban ayaqqabı sizin olduğunuzdan daha gözəl və zərif görünməyinizə kömək etmir. Çünki ideal nəticəni bu ayaqqabı modellərini bədən tipinizə uyğun seçdikdə əldə edirsi

Hündürdaban ayaqqabı bütün xanımlara cazibədarlıq bəxş etməyə qadirdir. Ancaq hər hündürdaban ayaqqabı sizin olduğunuzdan daha gözəl və zərif görünməyinizə kömək etmir. Çünki ideal nəticəni bu ayaqqabı modellərini bədən tipinizə uyğun seçdikdə əldə edirsiniz.

Hər qadının bədən quruluşu fərqlidir. Ayaqqabı seçimi edərkən bədən quruluşumuzu da nəzərə almalıyıq.

Əgər ayaqlarınız modellərinki kimi uzun deyilsə, təəssüf etməyin. Eynilə geyimlərdə olduğu kimi, ayaqqabı seçimlərində də sizə ən uyğun olanları taparaq daha şıq və zərif görünə bilərsiniz.

Tabloid.az bədən tipinə uyğun ayaqqabı seçməyin üsullarını araşdırıb.

Ayaqlarınız uzun deyilsə, ayaq biləyindən bağlanan ayaqqabı modellərinin sizə uyğun olmadığını bilməlisiniz.

Həmçinin T formasında bağlanan ayaqqabı modellərindən də uzaq durmalısınız. Çünki bu ayaqqabılar ayaqların daha qısa və kök görünməsinə səbəb olur.

Ayaqları qısa olanlar üçün ən ideal ayaqqabı modelləri barmaqları açıqda qoyanlardır. Bej çalarlarında olan hündürdaban ayaqqabılar da ayaqları qısa olanların köməyinə gəlir. Sadəcə baş barmağın açıqda qaldığı modelləri də seçə bilərsiniz. İtiburun ayaqqabılar da illuziya yaradaraq ayaqlarınızı daha incə və uzun göstərir.

Ayaq biləkləri qalın olan qadınlar da iplərlə bağlanan modelləri almamalıdırlar. Həmçinin, qısa çəkmələr və baldır xəttində bitən ayaqqabılar da bu xanımlara uyğun deyil.

Qısa topuqlu ayaqqabılar və paltforma modellər sizin üçün daha uyğun hesab edilə bilər. Ancaq bu modelləri də ona uyğun şalvarlarla kombin etmək vacibdir.

Barmaqların göründüyü ayaqqabı modelləri demək olar ki, bütün bədən tiplərinə uyğundur. Çünki bütün xanımları uzun və zərif göstərir.

Əgər pəncələriniz geniş, barmaqlarınız böyük və uzundursa, itiburunlu ayaqqabı modelləri sizə işgəncə verə bilər. Ona görə də çətin də olsa hündürdaban ayaqqabılardan vaz keçin. Çox özəl dəvətlər istisna olmaqla altı düz ayaqqabılar geyinin.

Ayaqlarınız uzun, pəncələriniz genişdirsə, T formasında bağlanan ayaqqabı modelllərinə üstünlük verin.

Bu tip iplərlə bağlanan ayaqqabıların ön hissəsi daha geniş olduğu üçün daha rahat hərəkət edəcəksiniz.

Həmçinin yumru burunlu ayaqqabı modelləri də sizə uyğundur.

Xırda sümüklü, qısa boylu xanımlara platform ayaqqabılar yaraşmır. Çünki ayaqqabılar bu qadınların özlərindən daha böyük görünür. Bu isə heç də yaxşı təəssürat bağışlamır.

Belə bədən quruluşu olanlar qarderoblarında ən seksual ayaqqabılar hesab olunan stilettolara yer ayırmalıdırlar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm