Bayram əhval-ruhiyyəsi yaradan köynək dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Bayram əhval-ruhiyyəsi yaradan köynək dəbi - Fotolar

Bayram əhval-ruhiyyəsi yaradan köynək dəbi - Fotolar

Ənənəvi bayram rəmzləri, Yeni il yeməkləri, hədiyyə seçimindən əlavə, özünə diqqət göstərən hər bir xanım qış stilini yeniləməlidir. Evimizi Yeni ilə hazırladığımız kimi stilimizə də bayram əhvalını köçürə bilərik.

Universal qara qısa paltarı bu il bir kənara qoyub, həm rahat, həm də əyləncəli Yeni il sviterlərinə üstünlük verə bilərsiniz.

Bu köynəklər demək olar ki, özündə Miladın bütün rəzmlərini və rəngləri birləşdirir. Yerli və xarici ulduzlar arasında da bu köynəkləri seçənlər az deyil. Üstündə Milad işarələri olduğu üçün uğur simvolu da hesab olunur. Yəni, 2015-ci il sizin üçün düşərli və uğurlu il olacaq.

Qar dənələri, şam ağacları, ulduzlar və başqa şəkillərlə bəzədilən köynəklər əsl bayram əhval-ruhiyyəsi yaradır. Rəngarəng toxunma köynəklərlə Yeni il konseptinə əməl edə bilərsiniz. Tabloid.az Yeni il əhvalı yaradan əyləncəli köynək modellərini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm