Xatirə Azərbaycan xalqını qınadı - Video
Bizi izləyin

Tabloid.az

Xatirə Azərbaycan xalqını qınadı - Video

Tabloid.az xəbər verir ki, azərbaycanlı sosial şəbəkə iştirakçıları Xatirə İslamın qəzəbinə tuş gəlib. Paylaşdığı bir statusunda müğənni həmyerlilərini tənqid edib.

Tabloid.az xəbər verir ki, azərbaycanlı sosial şəbəkə iştirakçıları Xatirə İslamın qəzəbinə tuş gəliblər. Paylaşdığı bir statusunda müğənni həmyerlilərini tənqid edib. Onun qəzəbinə səbəb isə “O səs Türkiyə” musiqi yarışmasının azərbaycanlı iştirakçısı Nicat Məhərrəmovla bağlı paylaşımların azlığıdır. O, eyni yarışmaya qatılan iki azərbaycanlı istedad Elnur Hüseynov və Nicat Məhərrəmov arasında ayrı-seçkilikdən gileylənib:

“Üzərində zəhmətim olan ilk istedadlı insan Nicat Məhərrəmovun uğurlarına çox sevinirəm və dualarımdasan. Narahat olma, sən qabağa gedəcəksən. Nicat bütün sənətçilərə qarşı çox diqqətlidir. Amma nədənsə, onun uğurunu bir-iki nəfərdən başqa paylaşan olmadı. Gəlin, ayrı-seçkilik salmayaq, Nicat da, Elnur da bizim balalardır. Allah var eləsin, hamımızı”.

Qeyd edək ki, yarışmada “Əziz dostum” mahnısını səsləndirən Nicat Məhərrəmov Gökhan Özoğuz, Hadisə və Mahsar-Özkandan ibarət münsiflər heyətindən müsbət rəy alıb. O yarışa Gökhanın komandasında davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm